İcra başçıları ilə bağlı sorğunun nəticələri açıqlanıb - FOTO
Azərbaycanda respondentlərin 65,6%-i hesab edir ki, yerli icra hakimiyyəti başçısı cəmiyyətin üzvü kimi olmalı və yüksək nüfuzlu şəxs kimi hər kəsdən yuxarıda dayanmamalıdır.
Bu, Sosial Tədqiqatlar Mərkəzinin regionlarda dövlət hakimiyyətinin təmsilçisi, ictimai-siyasi fiqur, eləcə də son illər aparılan islahatların başlıca tərəflərindən biri olmasını nəzərə alaraq, yerli icra hakimiyyəti başçıları ilə bağlı keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.
Sorğuda iştirak edənlərin 30,3%-i isə icra hakimiyyəti başçısının yüksək statusu ilə hər kəsdən yuxarıda dayanması mövqeyini bölüşüb. Respondentlərin 4,1%-i bu fikrə münasibət bildirməkdə çətinlik çəkib.
Bildirilib ki, bu sahədəki beynəlxalq tədqiqatlarda yerli idarəetmənin ayrı-ayrı aspektləri arasında şəxsiyyət amilinin əhəmiyyətinə xüsusi yer verilir. Ali, yuxarı və mərkəzi instansiyalardan sonrakı pillədə dayanan yerli icra hakimiyyəti başçıları daşıdıqları hüquqi status baxımından yerlərdə digər vəzifəli şəxslərin, sosial qrupların müqabilində yüksək mövqedə qərarlaşırlar. Lakin bəzi hallarda bu statusdan sui-istifadə müxtəlif neqativ halların, məmur özbaşınalığı ilə bağlı xəbərlərin yaranması ilə nəticələnir.
Xatırladaq ki, 2019-cu ildən başlayan islahatların yeni mərhələsində dövlət başçısı tərəfindən məmurlara müntəzəm çağırışlar edilib.
STM-in keçirdiyi sorğularda yerli icra hakimiyyəti başçılarının cəmiyyət daxilində formalaşan qeyri-rəsmi nüfuzunu, statusunu, başqa sözlə, ictimai təsəvvürdə rəhbər şəxs profilini müəyyən etmək məqsədilə bu istiqamətdə respondentlərə müxtəlif fikirlər ünvanlanıb və onlara olan münasibət təhlil edilib.
Sorğu nəticələrini respondentlərin yaş qrupları üzrə nəzərdən keçirdikdə aşağı yaş qruplarından yuxarı yaş qrupuna doğru bu fikirlə razılaşanların sayında azalan, razılaşmayanların sayında artan dinamika qeydə alınıb. Başqa sözlə, nəticələr yuxarı yaş qruplarını təmsil edən respondentlərin keçmiş sovet təcrübəsindən, inzibati amirlik sistemindən irəli gələn rəhbər şəxs təsəvvürünün əhəmiyyətli ölçüdə qaldığını, gənc nəsli təmsil edənlərin mövqeyinin bu mənada fərqləndiyini göstərib.
Həmçinin sorğuda iştirak edən kişilərin 32,8%-i, qadınların 27,8%-i bu fikirlə razılaşmadığı halda, şəhərdə məskunlaşan təqribən hər dörd nəfərdən üçü, kənddə məskunlaşan hər iki nəfərdən biri bu fikirlə razılaşdığını bildirib.
Sorğu 2022-ci il ərzində 18 yaşından yuxarı 1 068 respondent arasında kompüter dəstəkli şəxsi müsahibə üsulundan istifadə olunmaqla keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib, ehtimallı seçmənin klaster üsulundan istifadə olunub və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 3%-ə bərabərdir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1908 Tarix: 14 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021