Xoşbəxt Yusifzadənin 93 yaşının tamam olması münasibətilə tədbir keçirilib

Xoşbəxt Yusifzadənin 93 yaşının tamam olması münasibətilə tədbir keçirilibDövlət Neft Şirkətində (SOCAR) qurumun I vitse-prezidenti, görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 93 yaşının tamam olması münasibəti ilə tədbir keçirilib.

Sonxeber.az bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, tədbirdə çıxış edən İqtisadiyyat naziri, şirkətin Müşahidə Şurasının sədri Mikayıl Cabbarov X.Yusifzadəni təbrik edib, Azərbaycanın iqtisadi tərəqqisində neft-qaz sənayesinin və neftçilərin rolunu diqqətə çatdırıb. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində görkəmli alimin əməyinə böyük rəğbət göstərildiyini qeyd edən nazir akademikin ölkəmizdə neft-qaz sənayesinin və elminin inkişafında əvəzsiz xidmətlərini Ümummilli Lider Heydər Əliyevin daim yüksək qiymətləndirdiyini, bu gün də ölkə rəhbərliyinin görkəmli neftçi-alimin uzunmüddətli səmərəli fəaliyyətinə böyük diqqət göstərdiyini vurğulayıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəf X.Yusifzadənin əmək fəaliyyətinin Azərbaycan neftçiləri üçün nümunə olduğunu bildirib, görkəmli neftçi-alimin dərin elmi biliyi və zəngin təcrübəsinin bundan sonra da ölkəmizdə neft-qaz sənayesinin və bu sahədə insan kapitalının inkişafına töhfə verəcəyini qeyd edib. O, ötən il dekabrın 7-də dövlət başçısının təşəbbüsü ilə "Akademik Xoşbəxt Yusifzadə" tankerinin istismara verilməsinin onun görkəmli alimə göstərdiyi diqqətin növbəti təzahürü olduğunu ifadə edib.

Tədbirdə çıxış edən Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru professor Elçin İsgəndərzadə dünya elminin inkişafına verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının X.Yusifzadəni "Türk Dünyasında İlin Adamı" mükafatı və "Avropa Korifey" ordeni ilə təltif etdiyini bildirib, mükafat və ordeni ona təqdim edib.

Sonda çıxış edən X.Yüsifzadə doğum günü münasibətilə təşkil olunan tədbir və səmimi təbriklərə görə başda M.Cabbarov olmaqla, bütün kollektivə öz dərin minnətdarlığını bildirib. O, Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ona göstərdiyi yüksək etimadı, xüsusi diqqət və qayğını hər zaman hiss etdiyini vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1587   Tarix: 14 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021