Türkiyə Prezidentinin sözçüsü İsveç və Finlandiyaya NATO ilə bağlı vaxt qoyub
"İsveç və Finlandiyanın NATO-ya müraciətlərinin Türkiyə tərəfindən ratifikasiyası üçün lazım olan şərtləri yerinə yetirmək üçün təxminən 2-2,5 ay vaxt var".
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib.
Onun sözlərinə görə, prezident seçkiləri öncəsi Türkiyə Böyük Millət Məclisinin tətilə çıxmasına bu qədər vaxt qalıb:
"Alyansın sammitinə qədər onların NATO-ya üzv olmaq istəsələr, bizim zaman məsələmiz var. Nəzərə alsaq ki, parlament seçkilərə bir müddət qalmış tətilə gedəcək, bütün bunları etmək üçün sizin (İsveç və Finlandiya – Red) 2-2,5 ay vaxtınız var".
Kalın bildirib ki, İsveç və Finlandiyanın ərizələrinin Türkiyə parlamenti tərəfindən təsdiqlənməsi tərəflərin Ankaranın tələblərini nə dərəcədə tez yerinə yetirməsindən asılıdır. O, həmçinin əlavə edib ki, əsasən dəyişikliklər Stokholmdan tələb olunur:
"İsveç keçən il Madriddə imzalanmış sazişin həyata keçirilməsinə tam sadiqdir. Lakin ölkənin məhkəmə sisteminə terrorizmin yeni təriflərini tətbiq etməyə imkan verəcək qanunların daxil edilməsi üçün daha altı ay lazımdır. Nəticədə Stokholm terror təşkilatlarına İsveçin artıq onlar üçün təhlükəsiz sığınacaq olmadığına dair siqnal göndərməlidir".
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Stokholm PKK terror təşkilatını dəstəkləyənlərə qarşı qətiyyətli tədbirlər görməyincə, Ankara İsveçin NATO üzvlüyünə dəstək verməyəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1142 Tarix: 15 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind
12 oktyabrUkraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek
13 oktyabrAİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqləyib. Yeni paket çərçivəsində Rusiyanın müdafiə sənayesi ilə əlaqəli olduğu bildirilən təxminən 1600 şirkət və şəxs qara siyahıya salınıb. xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəs
12 oktyabrDünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ
13 oktyabrİsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabr