Prezident İlham Əliyev Vaxtanq Kikabidzenin vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan xalqının böyük oğlu, görkəmli müğənni, aktyor və rejissor Vaxtanq Kikabidzenin vəfatı ilə əlaqədar onun doğmalarına və yaxınlarına başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, Vaxtanq Kikabidzenin vəfatı xəbərindən son dərəcə kədərləndiyini bildirən dövlətimizin başçısı onun adının sovet və Gürcüstan mədəniyyətinin şanlı salnaməsinə əbədi həkk olunduğunu qeyd edib.
"Çoxşaxəli istedadı, yüksək peşəkarlığı, sənətə gətirdiyi yeni və bənzərsiz ab-hava sayəsində Vaxtanq Kikabidze bütöv bir dövrün rəmzinə çevrilmişdir. Onun kinoda canlandırdığı unudulmaz obrazları, orijinal ifaçılıq məharəti ilə oxuduğu mahnıları neçə-neçə nəslin qəlbində xüsusi yer tutur", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Vaxtanq Kikabidzenin Azərbaycanın böyük dostu olduğunu bildirən dövlətimizin başçısı onun yaradıcılığının xalqımız tərəfindən hər zaman sevildiyini, şəxsiyyətinə böyük hörmət və rəğbət bəslənildiyini qeyd edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına, dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə də mühüm töhfələr vermiş görkəmli sənətkarın əziz xatirəsinin qəlblərdə daim yaşayacağını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1119 Tarix: 15 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr