"Birinci məqsədimiz Qarabağdakı erməni silahlı qüvvələrinin çıxarılmasıdır" - RƏY

"Birinci məqsədimiz Qarabağdakı erməni silahlı qüvvələrinin çıxarılmasıdır" - RƏYİstiqamət: İctimai və dövlət maraqlarının müdafiəsi
"Faydalı qazıntı yataqlarının istismarı dayandırılıb. Bu, aksiyaçıların ilk uğurudur. Bundan sonra başqa tədbirlər də meydana çıxacaq".

Bu sözləri politoloq Qabil Hüseynli Sonxeber.az-a Şuşa-Xankəndi yolunda 36 gündür davam edən aksiya ilə bağlı açıqlamasında deyib.
"Birinci məqsədimiz Qarabağdakı erməni silahlı qüvvələrinin çıxarılmasıdır" - RƏYO həmçinin qeyd edib ki, bu ilin ortalarında doğru həmin ərazilərdə Azərbaycanın tam suverenliyi təmin edilməsi əsas hədəflərdən biridir:

"Bu aksiyanın hədəfləri bəllidir. Qarabağ iqtisadi rayonu üzrə separatçıların yaşadığı ərazidə həm suverenliyimiz təmin edilməli, həm faydalı qazıntı yataqlarının vəhşicəsinə istismarına son qoyulmalıdır. Hələki faydalı qazıntı yataqlarının istismarı dayandırılıb. Bu, aksiyaçıların ilk uğurudur. Yəqin ki, bundan sonra başqa tədbirlər də meydana çıxacaq. Hədəf Qarabağdakı separatçı qüvvələrin oradan uzaqlaşdırılması, ardınca da azərbaycanlılara qarşı cinayət törətməmiş mülki əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiya məsələsini həyata keçirməkdən ibarətdir. Bu istiqamətdə səylər davam edir. Hələki hədəfdə olan birinci məqsədimiz Qarabağ ərazisindəki erməni silahlı qüvvələrinin çıxarılmasıdır. Bunun üçün onlara ultimativ şəkildə tələb qoyulub. Onlar öz xoşu ilə oradan çıxmasalar, Azərbaycan həmin ərazilərdə lokal xarakterli anti-terror əməliyyatına başlayacaq. Bu əməliyyatdan sonra Azərbaycan Rusiya ilə danışıqlar aparmaqla rus sülhməramlılarının ermənilərə qayğı göstərməsi və onların liderləri Ruben Vardayanı, Arayik Harutyunyan kimilərə süni komfort şərait yaratması, separatçı ermənilərin mülki əhalidən ayırd edilməsi, mülki insanlara passport təqdim edilməsi və həmin ərazilərin ehtiyaclarının Azərbaycan tərəfindən təmin edilməsi gündəmə gətiriləcək. Bu zaman dünyadakı ictimai-siyasi vəziyyətə ciddi nəzarət edilir və əsas hədəf ondan ibarətdir ki, bu ilin ortalarında doğru həmin ərazilərdə Azərbaycanın tam suverenliyi təmin edilsin".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Birinci məqsədimiz Qarabağdakı erməni silahlı qüvvələrinin çıxarılmasıdır" - RƏYŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1790   Tarix: 16 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr