Çində kimya fabrikində partlayış nəticəsində 2 nəfər ölüb
Ötən gecə Çinin şimal-şərqindəki Liaonin əyalətindəki Panşan şəhərində sənaye kimyəvi maddələri istehsal edən fabrikdə baş verən partlayış nəticəsində iki nəfər ölüb.
Sonxeber.az xəbər verir ki, partlayışdan sonra başlayan yanğın yerli yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.
Partlayış və ondan sonra baş verən yanğında 2 nəfər həyatını itirib, 34 nəfər yaralanıb. İtkin düşmüş 12 nəfərin axtarışları davam edir.
Yanğın fabrik ətrafındakı digər obyektlərə və yaşayış məntəqələrinə keçmədən nəzarət altına alınsa da, hadisə ilə bağlı araşdırmalar davam edir.
Çində infrastrukturun köhnəlməsi və ya əməyin mühafizəsi tədbirlərinin qeyri-kafi olması səbəbindən qəzalar baş verir.
Şimaldakı Tienjin şəhərində 2015-ci ildə liman ərazisində kimyəvi maddələrin saxlandığı anbarlarda baş verən partlayışda 173 nəfər həlak olub.
2019-cu ildə Jiangsu əyalətinin Yançing şəhərində kimya fabrikində baş verən partlayışda 78 nəfər həlak olmuş, fabrikin ətrafındakı evlərə ciddi ziyan dəyib.
2022-ci ilin iyun ayında Sinopec neft-kimya şirkətinin Şanxaydakı fabrikində baş verən yanğında bir nəfər ölüb.
22 noyabr 2022-ci ildə Hnan əyalətində sənaye kimyəvi maddələri istehsal edən fabrikdə baş verən yanğında ən azı 36 nəfər ölüb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1160 Tarix: 16 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yerdə temperatur 65°C-yə çatacaq: Son bitkilər nə vaxt yox olacaq?
Müəllifləri Ceykob Hakk-Misra və Erik Vulf olan, "JGR Atmospheres" elmi jurnalında dərc edilmiş araşdırmada beynəlxalq alimlər qrupu Yer kürəsinin gələcək təkamülünü modelləşdirərək belə nəticəyə gəlib ki, təxminən 1,9 milyard ildən sonra planetin səthində orta temperatur 65C-yə çata bilər
13 iyulBu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)
Britaniyalı müğənni Endi Gibb 1978-ci ildə təqdim olunan "Shadow Dancing" mahnısı ilə musiqi tarixinin ən uğurlu hitlərindən birinə imza atıb. Qaynarinfo xəbər veror ki, "Zlote Przeboje" nəşrinin yazdığına görə, mahnının nəqarəti cəmi bir neçə dəqiqə ərzində yazılıb və qısa müddətd
15 iyulRusiyada balıqçılar adam boyda tunes tutublar - FOTO
Rusiyalı balıqçılar Saxalin sahillərində insan boyda orkinos (tunes) balıqları tutublar. bu barədə "Amur Mash" "Telegram" kanalına istinadən xəbər verir. Balıqçılar bir gün ərzində üç nəhəng orkinos yaxalayıblar. Onlardan biri tilovu qıraraq dənizə qayıtmağa müvəffəq olub. Balıqçıla
12 iyulDünyada xərçəng xəstələrinin sayı ikiqat arta bilər - HESABAT
Ümumdünya Səhiyyə Təşkilatı xərçəng hallarının sürətlə artdığını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, yeni qlobal hesabata görə, profilaktika, erkən aşkarlama və müalicə yaxşılaşdırılmadıqda, 2050-ci ilə qədər yeni xərçəng hallarının illik sayı təxminən 35 milyona çata bilər. Hesabatda qey
12 iyul"Netflix" ənənəvi televiziya bazarına çıxmaq niyyətindədir
"Netflix" fasiləsiz canlı yayımlar vasitəsilə xətti telekanallar və janr kanalları yaratmaq imkanını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb. Məlumata görə, şirkətin rəhbər heyəti bu planları son illik strateji toplantısında müzakir
12 iyulRusiya Kiyevi vurdu: Ölənlər və yaralananlar var - VİDEO
İyulun 16-da gecə saatlarında Rusiya ordusu Kiyev şəhərinə zərbələr endirib. Hücum nəticəsində iki nəfər ölüb, daha beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. xəbər verir ki, bu barədə UNIAN agentliyi Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb. Qeyd olunub ki, paytaxtı
16 iyulABŞ kosmik aparatları okeana enərkən, Rusiya niyə çölləri seçir?
Kosmik missiya başa çatdıqdan sonra ekipajın Yerə təhlükəsiz qaytarılması buraxılış mərhələsi qədər mürəkkəb mühəndislik və planlaşdırma tələb edir. Kosmik kapsulların enəcəyi ərazi isə hər ölkənin coğrafi şəraitinə uyğun seçilir. Qaynarinfo xəbər verir ki, uzun illərdir ABŞ astronavtlarının okeana paraşütl
16 iyulSüni intellektin gəldiyi son mərhələ: Saxta simalara daha çox etibar edirik
İnsan beyni qarşısındakı şəxsin dürüstlüyünü qiymətləndirmək üçün əsrlər boyu üz cizgilərinə diqqət yetirib. Lakin texnologiyanın inkişafı bu təbii müdafiə mexanizmini manipulyasiya etməyə imkan verir. Qaynarinfo-nun məlumatına görə, Lankaster Universiteti tərəfindən aparılan yeni araşdırma göstəri
16 iyulEstoniya Rusiya ilə sərhəddə hərbi şəhərcik inşa etmək niyyətindədir
Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd Narvada ilk hərbi şəhərcik inşa etmək niyyətindədir və burada Müdafiə Qüvvələrinin təxminən 200 hərbi qulluqçusundan ibarət bölməsinin yerləşdirilməsi planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə ERR agentliyinə müsahibəsində Estoniya Müdafi
12 iyul