Çin lideri həyəcan təbili çaldı
Çin Xalq Respublikasının sədri Si Cinpin yeni Ay ili ərəfəsində çinlilərin ölkə ətrafında saysız-hesabsız səyahət etmələri səbəbindən ölkənin kənd yerlərində COVID-19-un yayılmasından narahatlığını ifadə edib.
Bu, Çin rəhbərinin səhiyyə sahəsində böhranın artması ilə bağlı birbaşa etirafıdır.
O bildirib ki, Çin pandemiyaya cavab tədbirlərinin yeni mərhələsinə başladığı üçün indi onu ilk növbədə əsas kənd yerləri və kənd insanları ilə bağlı vəziyyət narahat edir.
Çin lideri tibbi resursların artırılması və koronavirusun ağır hallarının müalicəsinə daha yaxşı hazırlaşmağı, qocalar evləri və sosial müəssisələrdə daha sərt sanitar tədbirlərin bərpasını tələb edib.
Ekspertlər xəbərdarlıq edirlər ki, Çində gələn həftə rəsmi olaraq başlayacaq yaz tətili 2020-ci ilin əvvəlində Uhanda baş verən epidemiyadan sonra ən böyük COVID-19 epidemiyası ola bilər.
Çin rəsmiləri yaxın həftələrdə Çində 1,4 milyard insanın yaxınları ilə görüşmək üçün iki milyard səfər edəcəyini proqnozlaşdırırlar. Bu rəqəm pandemiyadan əvvəlki səviyyənin təxminən üçdə ikisidir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2286 Tarix: 19 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-İran danışıqları dalana dirənir: Hörmüz boğazında gərginlik artır
ABŞ ilə İran arasında müharibənin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət, gəmiçilik təhlükəsizliyi və İran limanlarına qarşı tətbiq edilən dəniz blokadası regiondakı gərginliyi daha da artırır
12 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrTramp Rusiya və Çinin İranı dəstəklədiyinə inanmır
ABŞ prezidenti Donald Tramp Çin və Rusiyanın İranı dəstəklədiyinə inanmadığını bildirib. xəbər verir ki, Tramp Truth Social-da yazıb: "Çin və Rusiyanın 'möhtəşəm' İran İslam Respublikasına kömək etməsi ilə bağlı ifrat solçuların, axmaqların və dəlilərin çoxlu şərhlərini görürəm. Hətt
13 oktyabrQanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!
I Dünya müharibəsində evləndikdən cəmi 30 gün sonra cəbhədə həyatını itirən avstraliyalı əsgərin kədərli hekayəsi düz 60 il sonra zibillikdə tapılan qanlı gündəliyi sayəsində üzə çıxıb. Üzərində güllə dəliyi və qan izləri olan gündəlik yarımçıq qalmış dramatik sevgi hekayəsini və müharibənin naməlu
12 oktyabrİsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
11 oktyabr