"Çin Azərbaycanla iqtisadi əlaqələr qurmağa böyük maraq göstərir" - Kamilə Əliyeva

"Çin Azərbaycanla iqtisadi əlaqələr qurmağa böyük maraq göstərir" - Kamilə Əliyeva"Azərbaycan Çinlə yaşıl enerji sahəsində də əməkdaşlıq etmək niyyətindədir. Bu sahədə Azərbaycanda böyük potensial var, Çin isə bu sahədə yüksək texnoloji nəaliyyətlər qazanıb.
Bu gün böyük dövlətlərin liderləri Azərbaycanı özlərinə dost və tərəfdaş ölkə hesab edirlər. Siyasi liderlər vurğulayırlar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirir".

Bu sözləri Kamilə Əliyeva Sonxeber.az-a açıqlamasında deyib.

O həmçinin bildirib ki, Azərbaycanla Çin Orta Dəhlizin yaradılmasında əməkdaşlıq edir və bu dəhlizin reallaşmasına öz töhfələrini verirlər.
İnformasiya texnologiyaları sahəsini təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda fəaliyyət göstərir və enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələrinin qurulması üçün də böyük perspektivlər mövcuddur:

Bu il də Davos dünya iqtisadi forumunda ölkələrin dövlət və hökumət başçılarının, dünyanın nəhəng şirkətlərin rəhbərlərinin Prezident cənab İlham Əliyevlə görüşlərində Azərbaycana böyük maraq göstərdiklərinin şahidi olduq. Prezident cənab İlham Əliyev görüşlərdə Azərbaycanın beynəlxalq səhmdarların üzünə açıq olduğunu və biznesin inkişafı üçün ölkəmizdə onlara hər cür şərait yaradıldığını bildirdi. Dünyanın ikinci ən böyük iqtisadiyatına malik Çin dövləti də Azərbaycanla iqtisadi əlaqələr qurmağa böyük maraq göstərir.
Prezident cənab İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına Azərbaycan-Çin iqtisadi əlaqələri, eləcə də Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycanın öz ərazisində böyük nəqliyyat logistika layihələrinin həyata keçirildiyi barədə müsahibə verdi.
Bu gün Azərbaycanla Çin arasında yüksək səviyyəli dostluq əlaqələri mövcuddur. Təsadüfi deyil ki, Çinin dövlət başçısı Si Cinpin Prezident cənab İlham Əliyevi "Çinin böyük dostu" adlandırmışdı. Bu hər iki dövlət başçılarının, eləcə də ölkələrin dost münasibətində olduğunun göstəricisidir. Hər iki dövlət arasında iqtisadi münasibətlə yanaşı siyasi münasibətlər də yüksək səviyyədədir. Azərbaycan və Çin həmişə bir birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.
Azərbaycanla Çin Orta Dəhlizin yaradılmasında əməkdaşlıq edir və bu dəhlizin reallaşmasına öz töhfələrini verirlər.
İnformasiya texnologiyaları sahəsini təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda fəaliyyət göstərir və enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələrinin qurulması üçün də böyük perspektivlər mövcuddur.
Yaxın zamanda Ələtdə istifadəyə veriləcək azad iqtisadi zonada Çin şirkətlərinin də fəaliyyət göstərmələrinə böyük ümidlər var. Azərbaycan "Bir kəmər bir yol" təşəbbüsünə ilk gündən fəal şəkildə qoşulan dövlətlərdən oldu. Ölkəmiz Xəzər dənizində ən böyük ticarət limanını inşa etdi. Azərbaycan Xəzərdə yüklərin daşınması üçün gəmiqayırma zavodu inşa etmişdir ki, bu da Şimal-Cənub marşrutu üzrə daşımaları daha da fəallaşdırdı. Azərbaycanda inşa edilən avtomagistral və istifadəyə verilən, eləcə də yeni inşa ediləcək Beynəlxalq Hava Limanları Şimal-Qərb marşrut xətlərilə yükdaşımalara böyük fayda verəcək.
Azərbaycan Çinlə yaşıl enerji sahəsində də əməkdaşlıq etmək niyyətindədir. Bu sahədə Azərbaycanda böyük potensial var, Çin isə bu sahədə yüksək texnoloji nəaliyyətlər qazanıb.
Bu gün böyük dövlətlərin liderləri Azərbaycanı özlərinə dost və tərəfdaş ölkə hesab edirlər. Siyasi liderlər vurğulayırlar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirir.
Azərbaycan vətəndaşları da öz Prezidentinə inanır və cənab İlham Əliyev də Prezident seçildiyi ilk gündən xalqına verdiyi bütün vədləri yerinə yetirib.
Bu gün şahid oluruq ki, elə dövlət başçıları var ki, onların ambisiyaları, yürütdükləri qeyri-səmimi və yanlış siyasətləri nəticəsində xalqları müharibələrdən, iqtisadi böhrandan əziyyət çəkirlər. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, bütün dünya ölkələrinin liderlərinin də hörmət və rəğbət bəslədiyi İlham Əliyev kimi bir lideri - dövlət başçısı var".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1103   Tarix: 21 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr