Tarif Şurasına və İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

Tarif Şurasına və İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildiAzərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Qanuna əsasən, bundan sonra torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.

Dəyişikliyə qədər qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilirdi.

Eyni zamanda, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə fərman imzalayıb.

Müəyyən edilir ki, Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Həmin maddəin 4-cü hissəsində "orqan (qurum)" dedikdə birinci halda Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi, ikinci halda Tarif (qiymət) Şurası nəzərdə tutulur.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2475   Tarix: 21 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr