Diasporumuz Britaniya Parlamenti önündə etiraz aksiyası keçirib
London şəhərinin Parlament Meydanında hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının Ermənistan tərəfindən qeyri-qanuni istismarına etiraz əlaməti olaraq dinc aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan etiraz aksiyasında Azərbaycan diaspor təşkilatlarının, türk diasporunun, yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Görkəmli dövlət xadimi Uinston Çörçilin abidəsinin yerləşdiyi meydanda iki saat davam edən aksiya zamanı "Ermənistanın Azərbaycandakı ekoloji terroru dayandırılsın!", "Ermənistanın Qafqazda ətraf mühiti dağıtmasına son qoyulsun!", "Ermənistanı dayandırın. Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına və ekologiyamızın məhv edilməsinə son qoyulsun!", "Erməni ekosidini dayandırın!", "Erməni minaları = müharibə cinayətlər!", "Biz ədalət tələb edirik!", "Günahsız mülki vətəndaşlardan sonra Ermənistanın növbəti hədəfi bizim təbiətimizdir", "Ermənistanın minaları mülki vətəndaşları öldürür" şüarlarının və çağırışlarının əks olunduğu plakatlar nümayiş etdirilib.
Britaniyadakı soydaşlarımız bu addımla Şuşa-Xankəndi yolunda ermənilərin ekoloji terroruna son qoyulması tələbi ilə fasiləsiz aksiya keçirən azərbaycanlı ekofəalları və qeyri-hökumət təşkilatları nümayəndələrini dəstəklədiklərini bəyan ediblər.
Aksiya çərçivəsində Londonin mərkəzi küçələrində yerli sakinlərə Ermənistan tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazisində ekoterror törətməsi ilə bağlı məlumatlandırıcı vərəqələr də paylanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb