Azərbaycanda pedofiliyanın sayının artmasının ŞOK SƏBƏBİ

Azərbaycanda pedofiliyanın sayının artmasının ŞOK SƏBƏBİ2 gün əvvəl Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanıldı. "Mahir manyak"ın izini itirmək üçün olmazlara əl atdığı üzə çıxdı.

"Azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şübhəli şəxs necə saxlanıldı? O, təcrübəli idi, çünki oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana görmüşdü. 4 gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışdı. Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat topladı, 57 şəhər kamera görüntülərini araşdırdı. O, xarici görkəmini, hətta yerişini də dəyişmişdi. Bütün tədbirlərinə baxmayaraq, saxlanıldı. Onun saxlanılması istiqamətində əməliyyat qruplarına kömək edən vətəndaşlara təşəkkür edirik", - deyə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev qeyd edib.

Pedofiliya niyə artıb və cəmiyyət pedofillərə qarşı mübarizəni necə qurmalıdır?

Psixoterapevt Elmir Əkbər Musavat.com-a bildirib ki, bu gün bütün problemlərin artımı müşahidə olunur:

"Burada koronavirusun və pandemiya dönəminin insan psixikasına vurduğu zərbənin rolu da var. Bütün dünyada bu təlatüm yaşanılır. Sanki gölməçənin dibində olan bütün çirk üzə qalxıb. Dünya da çalxalandığına görə bütün problemlər üzə qalxır və problemli insanların sayı artır. Amma bu kimi halların üstünün açılmasında, həmin şəxslərin tutulmasında insanların gözünün açılması əsas rol oynayır. Əhali ayıq gözlə yanaşır, hüquq-mühafizə orqanlarına müraciət edir. Burada hüquq-mühafizə orqanlarının işini də lazımınca dəyərləndirmək lazımdır.

Faktorlar çoxdur, ən əsası, insanlar bilməlidir ki, problemlər də artır. Narkomaniya tüğyan edir, psixoloji, psixiatrik pozuntular artır. Əsas məsuliyyət valideynlərin üzərinə düşür. Onlar ayıq-sayıq olmalıdırlar. Valideynlərin xüsusi peşəkar hazırlıqları olmalıdır, onların təlimlərə ehtiyacı var. Sadəcə sözlər kifayət etmir. Bu təlimlər ona görə vacibdir ki, valideynlər övladlarını psixoloji baxımdan doğru yönləndirə bilsinlər, uşaq nadürüst, problemli qrupların və insanların qurbanına çevrilməsin"./Olke


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1909   Tarix: 22 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli forması, milli kimlik və İranın ideoloji təsirləri: Azərbaycanın təhsil təhlükəsizliyinə analitik baxış

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən strateji sahə olmaqla yanaşı, milli kimliyin qorunması, ictimai şüurun formalaşdırılması və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən məktəb mühitində tətbiq olunan qaydalar, o cümlədən vahi

12 oktyabr
.

Vahid məktəbli forması ümumi təhsil mühitinin formalaşmasına necə təsir edir?

Məktəblərdə vahid geyim formasının tətbiqi ümumi təhsil mühitinin formalaşması, intizamın qorunması və şagirdlər arasında bərabərliyin təmin olunması baxımından əhəmiyyətlidir. Eyni geyim forması şagirdlərin xarici görünüşü ilə bağlı fərqləri azaltmaqla diqqətin təhsilə, bilik və bacarıqların inkişafın

13 oktyabr
.

"Bulud İnşaat" xaricə 52 700 dollar köçürdü, 10 540 dollar cərimələndi - Şikayəti təmin olunmadı

"Bulud İnşaat" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (xarici valyuta vəsaitinin xaricə köçürülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət) ilə protokol tərtib edilib. Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, şirkət tərəfindən 2024-c

13 oktyabr
.

Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi

Təhsil hər bir dövlətin milli təhlükəsizliyinin, gələcəyinin və cəmiyyətin mənəvi bütövlüyünün əsas dayaqlarından biridir. Məktəb yalnız bilik verən müəssisə deyil, həm də milli kimliyin, vətənpərvərlik ruhunun, dövlətçilik düşüncəsinin və ictimai məsuliyyət hissinin formalaşdığı mühüm məkandır. Bu baxımda

12 oktyabr
.

"Dünyəvilik təhsil sisteminin müstəqilliyinin və bütün şagirdlər üçün vahid hüquqi prinsiplərin qorunmasıdır" - Könül Nurullayeva

"Bəzi qərəzli qüvvələrin məktəblərdə daxili intizam qaydalarının və vahid geyim forması ətrafında məsələləri məqsədli şəkildə siyasiləşdirməsi, ictimai narazılıq yaratmaq və cəmiyyətdə qarşıdurma formalaşdırmaq vasitəsinə çevirməyə çalışması yolverilməzdir. Bu qərəzli yanaşma, hər şeydən əvvəl

13 oktyabr
.

Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində

12 oktyabr
.

İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olara

13 oktyabr
.

Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərinin təhlükəli yol sahəsi olması ilə bağlı xəbərdarlıq edib. BDYPİ-dən -a verilən xəbərə görə, xəbərdarlıqda deyilir:. "Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ də bu sahəd

13 oktyabr
.

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd

13 oktyabr