"Bəlkə oğlumla qızının qisməti bir yazılıb"
"Çox yaxın idik. Biz övladlarımızdan sonra daha mehriban olduq, hər gün görüşürdük. Planlar qururduq ki, uşaqlarımızı hara aparaq. Oğlumla Tünzalə sanki dost idi. Ona dedim ki, Tünzalə xala rəhmətə getdi, çox pis oldu. Söyləyir ki, axı dostum idi. Dedim ki, indi Zəhra (mərhumun qızı - red) sənə dost olar".
Bu sözləri OLAY-a açıqlamasında mərhum Əməkdar artist Tünzalə Əliyevanın rəfiqəsi, aktrisa Xuraman Əlizadə deyib. O bildirib ki, həmkarı ilə qısa müddət öncə ünsiyyətdə olub:
"Haradasa bir 3-4 gün əvvəl danışmışdıq. Dedim ki, necəsən, söylədi ki, istəmirəm əhvalını korlayım, yaxşı olum gözəl xəbərlərlə yazacam. Mən ona demirdim ki, mədəkiçiltmə əməliyyatı olunmayaydın. Ona demirdim, amma ürəyimdə söyləyirdim, çünki bu onun seçimi idi. Onsuz da sən hər halınla sevilirdin, xəstəliyə də tutulanda sevilirdin. Hamımızın xatirəsində "toppuş" kimi qalacaqsan. Son ana qədər mübarizəsini davam etdirdi. Mənim özümdə bir az panika var, deyirdi, güclü ol. O çox güclü idi. Ancaq Zəhra ilə bağlı vəsiyyəti var idi. Deyirdi, onun toyunu görsün.
Mən həmişə söyləyirdim ki, Əli də, Zəhra da böyüyəcək. Nə bilmək olar, bəlkə qismətləri bir yerdə yazılıb. Taleh belə gətirdi. O, hələ də yanımdadır. Xəbəri eşidəndə şok keçirdim, çünki düşünürdüm ki, sağalacaq. Mübariz idi, ona görə inanırdım. Həmin gün dedim, Tünzaləyə yazım, axı demişdi ki, şad xəbər verəcəm. Nəsə içimdən bir istilik keçdi. Onu düşünürdüm, elə zəng gəldi ki, rəhmətə gedib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3555 Tarix: 23 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vahid məktəbli forması ümumi təhsil mühitinin formalaşmasına necə təsir edir?
Məktəblərdə vahid geyim formasının tətbiqi ümumi təhsil mühitinin formalaşması, intizamın qorunması və şagirdlər arasında bərabərliyin təmin olunması baxımından əhəmiyyətlidir. Eyni geyim forması şagirdlərin xarici görünüşü ilə bağlı fərqləri azaltmaqla diqqətin təhsilə, bilik və bacarıqların inkişafın
13 oktyabrMəktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12 oktyabrİlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olara
13 oktyabrPolisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərinin təhlükəli yol sahəsi olması ilə bağlı xəbərdarlıq edib. BDYPİ-dən -a verilən xəbərə görə, xəbərdarlıqda deyilir:. "Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ də bu sahəd
13 oktyabrBakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd
13 oktyabr