Bu şəxslərə 2023-cü ildə 3 dəfə əlavə maaş ödəniləcək
Nazirlər Kabineti "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" Qərarında dəyişiklik edib. Dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib.
Belə ki, ali kateqoriya dövlət orqanlarında aylıq əmək haqqı 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub.
Bununla yanaşı, həmin şəxslərə 2023-cü ildə 3 dəfə maaşları həcmində əlavə ödəniş ediləcək. Belə ki, bu Qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Gözlənilir ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7159 Tarix: 25 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, İ.Əliyevin qardaşı, uzun müddət müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışmış Fikrət Əliyev dünyasın
12 oktyabrMəktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12 oktyabrBakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd
13 oktyabrSabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın
12 oktyabr