"IPhone" almaq istəyənlərin diqqətinə!

"IPhone" almaq istəyənlərin diqqətinə!"Əgər xaricdən smartfon alıb, ölkəyə gətiririksə, artıq məcburi bunu bəyan etməli olacağıq. Əslində bugünə qədər də bu hal mütləq idi lakin yayınma halları çox idi. Hər kəs gömrükdə tək-tək yoxlanılmırdı. Fevral ayının 15-dən, əgər xaricdən gətirdiyiniz cihazı gömrükdə bəyan edib, rüsumlarını ödəməsiniz (burada artıq IMEI kod bəyan olunmalıdır), həmin cihazı ölkə daxilində IMEI qeydiyyatını həyata keçirə bilməyəcəksiniz. Bununla da qaçaq yolla daha ucuz qiymətə satılan smartfonların bazarına ciddi zərbə dəyəcək.
İndi real vəziyyət necədir, izah edim. Poçt göndərişləri limiti 300 dollardır. Lakin heç bir poçt daşıma şirkəti (yerli) smartfon gətirmir. Belə olan halda yalnız beynəlxalq daşıma şirkətləri bu prosesi həyata keçirə bilir. Bu halda isə onsuz da, gömrüyə məhsul bəyan edilirdi. Burada heç bir dəyişiklik olmaycaq".

Bu sözləri Sonxeber.az-a texno-bloqqer Fərid Pərdəşünas deyib.

O bildirib ki, əsas məsələ məhsulu özünüz xaricdən alıb-gətirəndə başlayır.

"Qanuna görə hər bir şəxs 800 dollar dəyərində məhsulu özü ilə ölkəyə rüsumsuz gətirə bilər. Məsələn, siz 1000 dollara Amerikadan iPhone 14 alıb, ölkəyə gətirirsinizsə, bu zaman onun IMEI kodunu gömrükdə bəyan etməlisiniz. Və həmin məbləğdən 800 dollar azaldılacaq. Yerdə qalan 200 dollar üçün 36% rüsum ödəniləcək. Yəni rəsmiləşmə üçün 72 dollar ödəniləcək. Əlavə olaraq istifadə üçün IMEI qeydiyyat rüsumu da 1 ay müddətinə ödənilməli olacaq.Burada əsas zərbə müxtəlif yollarla ölkəyə smartfon idxal edib, daha ucuz qiymətə satan kiçik mağazalara dəyəcək. Düşünürəm ki, bu addım öz növbəsində smartfonların IMEI klonlama hallarını artıra bilər".
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6215   Tarix: 30 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi

Təhsil hər bir dövlətin milli təhlükəsizliyinin, gələcəyinin və cəmiyyətin mənəvi bütövlüyünün əsas dayaqlarından biridir. Məktəb yalnız bilik verən müəssisə deyil, həm də milli kimliyin, vətənpərvərlik ruhunun, dövlətçilik düşüncəsinin və ictimai məsuliyyət hissinin formalaşdığı mühüm məkandır. Bu baxımda

12 oktyabr
.

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin

12 oktyabr
.

Vahid məktəbli forması ətrafında müzakirələr və İranın informasiya təsirləri: Təhsil, milli kimlik və dövlətçilik məsələsi

Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələrə yalnız geyim qaydaları çərçivəsində yanaşmaq məsələnin ictimai və siyasi mahiyyətini tam əhatə etmir. Bu mövzu təhsil sisteminin dünyəvi xarakteri, uşaqların hüquqları, milli-mənəvi dəyərlərin qorunması və xaricdə

12 oktyabr
.

Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini

12 oktyabr
.

Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?

Azərbaycan məktəblərində hicab və vahid məktəbli forması ilə bağlı məsələlərin İran mediasında qabardılması suallar doğurur. Azərbaycanın daxili məsələsi olan məktəbli geyimi və təhsil qaydaları niyə qonşu ölkənin mediasının diqqət mərkəzinə çevrilməlidir? Bu cür müzakirələrin arxasında hansı məqsədləri

12 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər bir cəmiyyətin tərəqqisini, dövlətin gələcək inkişaf perspektivlərini və milli dəyərlərin qorunmasını müəyyən edən mühüm amillərdən biridir. Sağlam, savadlı, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər və məsuliyyətli gəncliyin yetişdirilməsi yalnı

12 oktyabr
.

Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunu

11 oktyabr
.

Böyük qələbələrə aparan 23 il

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. 22 il öncə - 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızı

12 oktyabr
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

11 oktyabr