Axund olmaq istəyən qadınlar hansı tələblərə cavab verməlidir?
"Dini məbədlərdə din xadimləri, imamların, imam müavinləri və dini ayin icraçılarının, müəzzinlərin təyinatı dini komitə tərəfindən həyata keçirilir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
"Dini məbədlərdə boş olan yerlər barədə elan paylaşılır və müsahibə keçirilir. Yeddi nəfərdən ibarət ilahiyyatçı alimin iştirak etdiyi müsahibə komissiyası bu prosesi açıq şəkildə həyata keçirir. Komisiyadan yüksək bal toplayan şəxs təyinat alır. Ən aşağı bal 26-dır, ən yuxarı bal isə 35-dir".
O bildirib ki, növbəti mərhələdə boş olan yerlərə dini ayinlərin icraçısı vəzifəsi üzrə qadınların da iştirak etməsi elanda öz əksini tapıb.
"Azərbaycanda məscidlərdə xütbə vermək, moizə oxumaq və məscidi idarə etmək imam və imam müavininə aiddir. O da məlumdur ki, Azərbaycanda ibadətlərə qadınlar da gəlir, böyük məscidlərdə xüsusilə qadınlar üçün ayrıca yerlər var. Əsas aparıcı məscidlərdə dini ayinlərin icraçısı vəzifəsində qadınların da tədricən məscidlərə təyinat alması həyata keçiriləcək. Bu qadınlar mütləq dini təhsilli olmalıdır. Dini təhsili olmayan şəxsin məsciddə hansısa bir vəzifə tutması mümkün deyil".
Mübariz Qurbanlı hazırda məsciddə işləyən şəxslər arasında dini təhsili olmayanlar varsa da, onların tədricən təhsilli şəxslərlə əvəz ediləcəyini deyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1398 Tarix: 30 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"
Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin
12 oktyabrMəktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12 oktyabrBöyük qələbələrə aparan 23 il
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. 22 il öncə - 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızı
12 oktyabrAzərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro
11 oktyabr