Bakıda kişi hər gün iti amansızlıqla döyür - VİDEO
Binəqədi rayonunda kişi hər gün iti vəhşicəsinə döyür.
Bu barədə GWARP Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının Prezidenti və Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov paylaşım edib.
O bildirib ki, rayonun Biləcəri qəsəbəsi, Məlik Aslanov, döngə 3 ünvanında yaşayan şəxs gün ərzində dəfələrlə iti vəhşicəsinə döyür:
"Bu məlumatı bizə həmin şəxsin qonşuları təqdim ediblər. Qonşular qeyd edirlər ki, iti xüsusi amansızlıqla döyür, hətta bəzən iti başıaşağı asaraq taxta ilə başına-başına vurur. Videogörüntülərdən də bəllidir ki, iti döyən şəxs törətdiyi əməldən zövq alır".
"Azərbaycan Heyvanlarının Mühafizəsi İctimai Birliyi olaraq tələb edirik ki, məsələyə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət verilsin", - deyə F.Mansurov əlavə edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videodan məlumatlıdırlar:
"Artıq araşdırmalara başlanılıb. Nəticəsi barədə əlavə məlumat veriləcək".
Qeyd edək ki, heyvanlarla rəhmsiz rəftar edilməsi məsuliyyət yaradır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlarla rəhmsiz rəftar) maddəsinə əsasən, protokol tərtib olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1320 Tarix: 31 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"
Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin
12 oktyabrMəktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12 oktyabrBöyük qələbələrə aparan 23 il
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. 22 il öncə - 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızı
12 oktyabrAzərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro
11 oktyabr