"Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində öz qanları ilə qəhrəmanlıq dastanı yazdı"- DEPUTAT
"Bu günün Azərbaycan gənci məğrur, müzəffər və vətənpərvərdir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat vurğulayıb ki, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində öz qanı ilə qəhrəmanlıq dastanı yazdı:
"Azərbaycan gənci məğrur və vətənpərvərdir. Bu da təbii ki illərdir dövlətimizin gənclərlə bağlı apardığı düzgün siyasətin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamı ilə fevral ayının 2-si respublikamızda Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında, ilk dəfə olaraq, Azərbaycanda qeyd olunub. Bu gün gənclərə dövlətin diqqət və qayğısını əks etdirən çoxsaylı proqramlar həyata keçirilir. Gənclər Fondunun yaradılması və həyata keçirilən digər işlərin qayəsində məhz Azərbaycan gəncliyinin inkişafına töhfə vermək durub. Məhz cənab prezidentin apardığı düzgün siyasət və uğurlu gələcəyə hesablanmış addımlar sayəsində Azərbaycan gəncliyi hər bir sahədə öz sözünü deyib. Xüsusi ilə də döyüş meydanında".
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında cənab prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşmış gəncliyin rolu danılmazdır:
"Məhz bu gənclər 30 illik işğala son qoyaraq illərdir həsrətində olduğumuz Qarabağı bizi qovuşdurdu. Azərbaycan gəncliyi öz gücü hesabına düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Uşaqikən ayaqyalın formada öz torpaqlarını tərk etməli olan gənclərimiz tank belində öz doğma yurdlarına geri qayıtdılar.
Bu gün əminliklə deyə bilərik ki, gələcəyimiz əmin əllərdədir. BundanAzərbaycan gəncləri onlara olan inam və etibarı layiqincə doğruldacaqlar".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Sabahın havası: Yağış, şimşək, duman...