"Azərbaycan - Macarıstan iqtisadi əlaqələrində ölkə Prezidentinin Macarıstan səfəri ilə yeni dövr başlayır" - ŞƏRH

"Azərbaycan - Macarıstan iqtisadi əlaqələrində ölkə Prezidentinin Macarıstan səfəri ilə yeni dövr başlayır" - ŞƏRH"Azərbaycan - Macarıstan iqtisadi əlaqələrində ölkə Prezidentinin Macarıstan səfəri ilə yeni dövr başlayır. Macarıstan Rusiya-Ukrayna müharibəsi səbəbində ən çox sıxıntı yaşayan ölkələrdən biridir. Çünki onun yeddi ölkə ilə sərhəddi olsa da, heç bir dəniz səhərdi olmadığı üçün limanı da yoxdur. Ona görə də ölkənin enerji təhlükəsizliyi yalnız boru kəmərlərinin ümidinə qalıb. Bu boru kəmərlərinin mütləq əksəriyyəti isə Rusiyadan gələn kəmərlərdir. Buna görə də Avropanın Rusiyaya sanksiyalarına əngəl olmağa çalışan əsas ölkə məhz Macarıstandır".

Bu sözləri Sonxeber.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, Macarıstanın Azərbaycana yatırdığı investisiyanın Azərbaycanın ora yatırdığı investisiyadan 55 dəfə çox olması (1.1 milyard dollar və 18 milyon dollar), Ələt Azad İqtisadi Zonası ilə Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması, Macarıstan avia şirkətinin Bakıdan birbaşa Budapeştə aviauçuşlar həyata keçirməsi, İAOƏ-də minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə etməsi, Azərbaycanlı tələbələrin Macarıstanda təhsil alması üçün təqaüd proqramının icra edilməsi və digər çox saylı məqamlar ölkələr arasında iqtisadi münasibətlərin heç də pis olmadığını deməyə əsas verir.

"Amma ölkələr arasında iqtisadi münasibətlərin birinci göstəricisi olan ticarət dövriyyəsidir ki, bu dövriyyə real potensialdan çox aşağıdır. Baxmayaraq ki, 2022-ci ildəki dövriyyə 2021-ci illə (35 mln. dollar) müqayisədə 35%-ədək artaraq, 47,4 milyon dollar gəlib çatıb, amma bu mövcud potensialdan qat-qat aşağıdır. Potensialın ən böyük hissəsi isə enerji təhcizatı üzrədir.
Baxmayaraq ki, Macarıstan ixrac və idxala görə sıralamada ən balanslı mövqeyə malik ölkədir, ixrac üzrə dünyanın 35-ci ən böyük ixracatçısı, idxal üzrə isə 34-cü ən böyük idxalatçısıdır, amma yenə də bu müharibə onun üçün ciddi problemlər yaradır. Onun bu probleminin həllində hazırda ən çox yararlı olan ölkələrdən biri Azərbaycandır. Çünki, Avropaya çatmış TAP qazının Yunanıstanın qonşu ölkələrinə daxili konnektorlar vasitəsilə çatdırılması məsələsində Macarıstan da ciddi istəklidir. Hazırda Yunanıstan-Bolqarıstan arasında olan konnektor 3,5 milyard m3 qaz ötürə bilsə də, onun 5,0 milyard kubmetrdək artırılması imkanı var ki, bu digər ölkələrdən keçərək Macarıstanın da qaz təhcizatını artırmağa imkan verəcəkdir. Macarıstan həm də ötən ilin sonu Azərbaycanla Rumıniya və Gürcüstanın iştirakı ilə dördtərəfli saziş imzalayıb. Anlaşmaya görə Azərbaycanda alternativ enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi Qara dənizin dibi ilə kabel vasitəsilə Avropya nəql ediləcəkdir. Bu layihənin uğurlu təhcizatı üçün Azərbaycanda mövcud resurslar içərisində ən böyük rolu Xəzər dənizinin 157 Gvt-lıq külək enerjisi potensialı oynayacaqdır. Düşünürəm ki hazırki tətbiqlər hesabına 157 Gvt proqnoz edilsə də, illər sonra xüsusi üzən qurğular və tam yeni texno tətbiqlər nəticəsində bu potensialın çox olması istisna edilə bilməz".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1231   Tarix: 31 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi

Təhsil hər bir dövlətin milli təhlükəsizliyinin, gələcəyinin və cəmiyyətin mənəvi bütövlüyünün əsas dayaqlarından biridir. Məktəb yalnız bilik verən müəssisə deyil, həm də milli kimliyin, vətənpərvərlik ruhunun, dövlətçilik düşüncəsinin və ictimai məsuliyyət hissinin formalaşdığı mühüm məkandır. Bu baxımda

12 oktyabr
.

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin

12 oktyabr
.

Vahid məktəbli forması ətrafında müzakirələr və İranın informasiya təsirləri: Təhsil, milli kimlik və dövlətçilik məsələsi

Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələrə yalnız geyim qaydaları çərçivəsində yanaşmaq məsələnin ictimai və siyasi mahiyyətini tam əhatə etmir. Bu mövzu təhsil sisteminin dünyəvi xarakteri, uşaqların hüquqları, milli-mənəvi dəyərlərin qorunması və xaricdə

12 oktyabr
.

Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini

12 oktyabr
.

Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?

Azərbaycan məktəblərində hicab və vahid məktəbli forması ilə bağlı məsələlərin İran mediasında qabardılması suallar doğurur. Azərbaycanın daxili məsələsi olan məktəbli geyimi və təhsil qaydaları niyə qonşu ölkənin mediasının diqqət mərkəzinə çevrilməlidir? Bu cür müzakirələrin arxasında hansı məqsədləri

12 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər bir cəmiyyətin tərəqqisini, dövlətin gələcək inkişaf perspektivlərini və milli dəyərlərin qorunmasını müəyyən edən mühüm amillərdən biridir. Sağlam, savadlı, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər və məsuliyyətli gəncliyin yetişdirilməsi yalnı

12 oktyabr
.

Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunu

11 oktyabr
.

Böyük qələbələrə aparan 23 il

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. 22 il öncə - 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızı

12 oktyabr
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

11 oktyabr