Qalmaqallı iş adamına məxsus məşhur supermarketlər bağlanır - TƏFƏRRÜAT
Ölkənin aparıcı supermarketlər şəbəkəsindən birinə sahib olan "Bizim Market" MMC (VÖEN -1501069851) ləğv olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, ləğvetmə elanında "Bizim Market"in fəaliyyətinin dayandırılacağı nəzərə alınaraq, 29.12.2023-cü ilə qədər olan dövr ərzində MMC-nin nizamnamə kapitalının azaldılacağı bildirilir.
Məlumat üçün qeyd edək ki, uzun illərdir fəaliyyət göstərən aparıcı supermarketlərdən biri hesab olunan "Bizim Market"in hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 1C-də yerləşir. MMC-nin nizamnamə kapitalı 7 milyon 361 min 853 manat təşkil edir. 2005-ci ildə qeydiyyatdan keçən şirkətin qanuni təmsilçisi Şirinov Ramin Rasim oğludur.
2016-cı ildə bəzi iri supermarketlər sabiq iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək, manatın devalvasiyasından və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən sonra üzləşdikləri acınacaqlı vəziyyətdən çıxmaq üçün ondan kömək istəmişdilər. Həmin müraciəti imzalayanlardan biri də özünü "Bizim Market"in təsisçisi kimi təqdim edən Rasim Salmanov olub.
Məlumat üçün bildirək ki, uzun müddətdir Rasim Salmanov haqqında mətbuatda müxtəlif məlumatlar yayılır. Bildirilir ki, 2016-cı ildə Rasim Salmanovun şikayəti əsasında həyat yoldaşının bacısı Həcər Quliyeva və onun oğlu Sahib Quliyev həbs olunublar. Həmin şəxslər qohumları Rasim Salmanovun 4 milyondan artıq pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Quliyev 11 il, anası Həcər Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan sonra mətbuata açıqlama verən Rasim Salmanovun qayınanası Xanımbacı İsmayılova bildirib ki, Rasim Salmanov keçmiş milli təhlükəsizlik naziri (MTN) Eldar Mahmudovun Vüqar adlı qaynı ilə yaxın dost olub və bu şəxs Rasim Salmanovun biznesinə havadarlıq edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Sabahın havası: Yağış, şimşək, duman...