Bakıda siçan gəzən şirniyyat mağazası bağlandı - RƏSMİ - VİDEO
Bakının mərkəzində şirniyyat mağazasının fəaliyyəti dayandırılıb.
Bu barədə Sonxeber.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunur ki, unlu və kremli məmulatların satışı müəssisəsində siçan aşkarlanması ilə bağlı sosial media səhifələrində yayılan görüntülər əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 1 ünvanında yerləşən fiziki şəxs Nağıyev Rafət Kontov oğluna məxsus müəssisədə plandankənar yoxlama aparılıb. Bu zaman qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən xammalların keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu müəyyən edilib. Həmçinin temperatur rejiminin gözlənilmədiyi, çay və kofe hazırlanması üçün xüsusi şöbələrin ayrılmadığı, satışı həyata keçirilən unlu və kremli qənnadı məmulatlarına dair etiket məlumatlarının istehlakçılara təqdim olunmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi üzə çıxıb.
Bundan əlavə, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi masaların, divar səthlərinin asan təmizlənə və dezinfeksiya edilə bilən materialla üzlənmədiyi, tullantı qabların ağzı açıq vəziyyətdə saxlandığı aşkar olunub.
Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Eyni zamanda müəssisədə satışı həyata keçirilən "ekler" məhsulundan müvafiq sınaqların aparılması məqsədi ilə nümünə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər keçirir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Sabahın havası: Yağış, şimşək, duman...