"Azərbaycanın qəhrəman gəncləri Vətən müharibəsində düşməni məhv edərək Qarabağı öz sahibinə geri qaytardı" - DEPUTAT
"44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin mərdliyi və qəhrəmanlığı dünya tarixinə qızıl hərflərlə yazıldı".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, 1993-cü ildə ümummilli liderin hakimiyyətə qayıdışından sonra bütün sahələrin inkişafı ilə yanaşı gənc nəslə diqqət də dövlət siyasətinin prioritetlərindən birinə çevrildi. 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaradıldı. Gənclər və İdman Nazirliyinin yaradılması ilə Azərbaycanda gənclər siyasəti uğurla icra edilməyə başlanıldı. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmana əsasən hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi qeyd olunur. Gənclər Gününün təsis edilməsi ulu öndər Heydər Əliyevin gənclərə verdiyi dəyərin növbəti nümunəsi idi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyev tərəfindən hər zaman gənclərimizə xüsusi diqqət və qayğı göstərilməkdədir:
"2003-cü ildən sonrakı dövrdə cənab prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi. 2007-ci il "Gənclər ili" elan olundu. 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı" təsis olundu və Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Azərbaycanın qəhrəman gəncləri düşməni döyüş meydanında məhv edərək Qarabağı öz sahibinə geri qaytardı".
Deputat söyləyib ki, artıq üç ildir ki, bu bayramı gənclərimiz qalib ölkənin nümayəndələri kimi qeyd edir:
"Bu gün cənab prezident İlham Əliyevin gənclərimizə inamı böyükdür. Məhz buna görə də savadlı və bacarıqlı gənclərimiz irəli çəkilir, yüksək vəzifələrə təyin olunurlar. Sevindirici haldır ki, o gənclərimizin bir çoxu ölkə başçısının onlara göstərdiyi etimadı layiqincə doğruldur. Əminəm ki, bundan sonra da ölkə başçısı tərəfindən yüksək vəzifələrə təyin olunan gənclərimiz onlara göstərilən etimadı doğruldub, dövlətinin maraqlarını hər şeydən üstün tutaraq xalqına vicdanla xidmət edəcəklər".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Sabahın havası: Yağış, şimşək, duman...
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto