Evinin "kupça"sı olmayanlara SEVİNDİRİCİ XƏBƏR - Güzəştlər ediləcək - VİDEO
Azərbaycanda təxminən 450 minə yaxın sənədsiz ev var. Bunların 400 mini Bakıda və Abşeron yarımdasında yerləşir.
BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov Xəzər Televiziyasının "Xəbər Ertəsi" proqramında bildirib.
Onun sözlərinə görə, sənədsiz evlərin hamısının rəsmi qeydiyyata alınması mümkün deyil: "Çünki burada təhlükəsizlik məsələləri var. Yüksək gərginlikli elektrik xətlərinin, yüksək təzyiqli qaz xətlərinin, dəmir yollarının, Xəzər dənizinin, Kür çayının mühafizə zolaqlarında, eləcə də sürüşmə ərazilərində özbaşına evlər tikilib. Həm insan sağlamlığı, həm də bütövlükdə təklükəsizlik baxımından həmin evlərin sənədləşdirilməsi arzuolunan deyil. Həmçinin heç bir infrastrukruru olmayan və təhlükəli ərazilərdə yerləşən evlərə sənəd verilməsinin vətəndaşlar üçün də faydası olmaz".
E.Məmmədov hesab edir ki, vəziyyətdən çıxış yolu təhlükəli zonalarda yerləşən evlərin tamamilə ləğv edilməsidir: "Amma həmin evlərin yerləşdiyi ərazilərin problemi olmayan hissələrinə müəyyən tənzimləmələrlə güzəştlərin tətbiqi nəzərdə tutulur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1464 Tarix: 01 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla
12 oktyabrAzərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı vurğuladığı kimi, ideoloji təhlükəsizlik dövlətin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin təsir imkanlarını
12 oktyabrGələcəkdə pensiyalar AZALACAQ
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç
11 oktyabrXoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"
Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin
12 oktyabr