Milli Məclisin deputatları Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyib
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İrandakı səfirliyinə terror hücumu qətiyyətlə pislənilib.
Sonxeber.az-ın məlumatına görə, deputat Elnur Allahverdiyev çıxışında bildirib ki, müstəqillik qazanandan bu yana Azərbaycan daim terrorla mübarizə aparır.
O xatırladıb ki, son belə hadisə Azərbaycanın Tehrandakı səfirliyində qeydə alınıb: "Baş verənlər onu göstərir ki, səfirliyə edilən xain hücum əvvəldən hazırlanıb. Bu işdə İranın birbaşa məsuliyyəti var. 44 günlük Vətən müharibəsindən sonra qazanılan qələbədən sonra İran naməlum səbəbdən Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı aqressiya nümayiş etdirir. Həmçinin erməni sepratizminə daim dəstək verir, sərhədlərimizdə hərbi təlimlər də keçirir. Ümumilikdə Tehrandakı səfirliyinə edilən terror hücumu əsaslı şəkildə araşdırılmalı və məsələ ört-basdır edilməməlidir. Əgər İran müsəlman ölkəsi olaraq xalqın gözündən düşmək istəmirsə, mütləq şəkildə cinayətkar və onlara dəstək verənlər layiqli cəzasını tapmalıdır".
Deputat Kamran Bayramov qeyd edib ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum ölkənin və regionun gündəmini silkələdi: "Aydın görünür ki, bu xain hücumun məqsədi dövlətimizə və onun diplomatlarına qarşı terror aktı idi. İranın polis orqanlarına böyük suallar var. Videogörüntülərdən aydın olur ki, yerli hüquq-mühafizə orqanları terror aktlarının qarşısının alınması, cinayətkarın zərərsizləşdirilməsi üçün sözün əsl mənasında heç nə etmədilər. Təsəvvür edin ki, bu ökənin ərazisində cinayətkarı polis deyil, xarici ölkə vətəndaşı zərərsizləşdirir. İranın aidiyyəti qurumlarının bu cür addımları və davranışı aparılacaq istintaqın obyektivliyinə, qərəzsizliyinə şübhələr yaradır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Sabahın havası: Yağış, şimşək, duman...
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto