Gələn aydan pulsuz xidmətlər göstəriləcək - Bu sahədə
Gələn aydan ölkədə ödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsi nəzərdə tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclasında bildirilib.
İclasda Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Vəkillər Kollegiyasında görüləcək işlər üzrə Tədbirlər Planının təsdiq olunub.
Kollegiyanın sədri Anar Bağırov fevralın 3-dən etibarən 107 nəfər vəkilliyə namizəd üçün icbari təlimlərin başlayacağını diqqətə çatdırıb. Sədr tədrisin mürəkkəb olacağını, lakin bunun bacarıqlı və peşəkar vəkillərin hazırlanmasına müsbət təsir göstərəcəyini vurğulayıb.
A. Bağırov ölkəmizdə vəkillərin sayının artdığını və bu artıma şəffaf qəbul prosesi nəticəsində nail olunduğunu bildirib.
İclasda, həmçinin Prezident İlham Əliyevin 12.01.2023-cü il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilmiş Vəkillər Kollegiyasının üzvləri ilə görüş keçirilib.
Sədr hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini vurğulayıb:
"Hesab edirəm ki, bu gün Azərbaycan vəkilliyi məhkəmə-hüquq sisteminin əsas kadr banklarından biridir. Bu da təsadüfi deyil, çünki vəkillik institutu ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən mühüm təsisatdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Sabahın havası: Yağış, şimşək, duman...
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto