Tolikin verilişinə görə "MTV"yə xəbərdarlıq edildi

Tolikin verilişinə görə "MTV"yə xəbərdarlıq edildiAudiovizual Şura Tolikin verilişinə görə "MTV"yə xəbərdarlıq edib.

BAKU.WS xəbər verir ki, bu barədə Audiovizual Şuranın yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclasında qərar qəbul edilib.

Bildirilib ki, iclasda "MTV" televiziya redaksiyasının (kanalının) efirində 20 fevral 2023-cü il tarixdə saat 12:00–14:45 arası yayımlanan "Ümid ilə gəl" proqramında qeydə alınmış "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.14-cü maddəsinin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulması faktı müzakirə olunub.

Belə ki, qeyd olunan proqramın yayımı zamanı (saat 13:25-də) aparıcı Tarix Əliyev tərəfindən barəsində şikayət edilən Nizaməddin adlı şəxs və onun həyat yoldaşı haqqında, "Nizaməddin müəllim... müəllim, dırnaq arasında müəllim də...Nizaməddin kişi, 102-yə məndən şikayət eləmisən. Camaat səndən bura şikayət edir, neyniyəssən. Siz ikiniz də cinayətkarsız. Siz cinayət işlədirsiz...kimdi dalında duran?", - ifadələri səsləndirilmişdir.

Bundan başqa (saat 13:36-da) yenə də aparıcı Tarix Əliyev tərəfindən qeyd olunan mövzu davam etdirilərkən, "...kimdi e bunun daydayı... guya "uçastkovu" bilmir? Onda "uçastkovu"nun əli var orda, o sahə müvəkkilinin əli var orda, deməli...", - ifadələri səsləndirilmişdir.

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası peyk yayımı həyata keçirən platforma yayımçısı "Muz TV Azərbaycan" MMC-yə ("MTV" televiziya redaksiyası) bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1431   Tarix: 22 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı

11 oktyabr
.

Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə vahid geyim qaydaları ilə bağlı qəbul edilən yeni qərar valideynlərin və şagirdlərin diqqət mərkəzindədir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə məktəbli formalarına dair tələblərə dəyişiklik edilib. Yeni qaydalara əsasən, müəyyən edilmiş formanın vahidliyini poza

12 oktyabr
.

Sabahın havası: Yağış, şimşək, duman...

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində

11 oktyabr
.

Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı vurğuladığı kimi, ideoloji təhlükəsizlik dövlətin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin təsir imkanlarını

12 oktyabr
.

"Məktəbli forması eyni zamanda təhsil müəssisəsinə mənsubiyyətin və kollektiv ruhunun ifadəsidir" - Ülviyyə Həmzəyeva

"Məktəb yalnız bilik və bacarıqların əldə edildiyi məkan deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial davranış qaydalarını, qarşılıqlı hörməti və birgəyaşayış mədəniyyətini öyrəndiyi mühüm təhsil və tərbiyə mühitidir. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən vahid məktəbl

12 oktyabr
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

11 oktyabr
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

11 oktyabr
.

Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?

Azərbaycan məktəblərində hicab və vahid məktəbli forması ilə bağlı məsələlərin İran mediasında qabardılması suallar doğurur. Azərbaycanın daxili məsələsi olan məktəbli geyimi və təhsil qaydaları niyə qonşu ölkənin mediasının diqqət mərkəzinə çevrilməlidir? Bu cür müzakirələrin arxasında hansı məqsədləri

12 oktyabr
.

Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunu

11 oktyabr