Ermənilər İsveç – Azərbaycan matçında təxribat törətməyi planlaşdırırlar
İsveçdəki erməni icmasının üzvləri martın 27-də futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu ölkənin Stokholm şəhərində keçiriləcək İsveç – Azərbaycan matçında təxribat törətməyi planlaşdırırlar.
Sonxeber.az report-a istinadən xəbər verir ki, bu barədə İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev bildirib.
Diaspor rəhbəri qeyd edib ki, bununla bağlı hazırda İsveçin hüquq-mühafizə orqanlarında işləyən, eyni zamanda Konqresin üzvləri olan dostları xəbərdarlıq ediblər:
"Bizə məlumat verdilər ki, Azərbaycanla oyuna bilet alıb təxribat törətmək, orada siyasi məsələləri qabartmaq istəyirlər. Bunların arasında azərbaycanlı ekofəalların Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirdikləri etiraz aksiyasını hədəf alan şüarlar da var. Həmçinin sosial şəbəkələrdə də yazırlar ki, ermənilər oyun üçün 100 bilet alıb İsveç və "Artsax" bayraqları ilə stadiona gəlmək, üzərində "Laçın yolu açılsın" yazılmış banner açmaq istəyirlər".
Emil Mirzəyev vurğulayıb ki, artıq məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlayıblar:
"Səfirimiz – cənab Zaur Əhmədov başda olmaqla, bu məsələni qaldırdıq. İsveç qanunlarına görə, futbolda heç bir siyasi lozunq ola bilməz. Bizim azarkeşlərimiz üçün ayrılmış sektora başqa ölkənin vətəndaşları bilet ala bilməzlər. İstəyirik ki, hüquq-mühafizə orqanları məsələni diqqətdə saxlasınlar. Həmçinin oyuna bir neçə gün qalmış İsveç Futbol Federasiyasında bu məsələni qaldırmaq istəyirik. Bilirsiniz ki, "Sabah"ın idman direktoru İqor Ponomaryov İsveçdə yaşayır. Onunla da danışmışıq. Ponomaryov mümkün təxribat barədə AFFA-ya məlumat verib ki, təhlükəsizlik məsələlərinə ciddi yanaşsınlar".
O bildirib ki, İsveç Azərbaycanlıları Konqresi olaraq sözügedən oyuna ciddi hazırlaşırlar: "Səfirimizin dəstəyi ilə görüşə maksimum dərəcədə çox insan cəlb etməyə çalışırıq. Ona görə də 115-ci, 116-cı, 117-ci və 118-ci sektorları azərbaycanlı azarkeşlərlə dolduracağıq. Hamımız doğma komandamıza bayraqlarla dəstək olacağıq. İsveçin bir çox şəhərlərində nümayəndələrimiz, dərnəklərimiz var. Konqres üzvləri, dərnək sədrləri öz adamları ilə paytaxta gələcəklər".
Emil Mirzəyev xatırladıb ki, bu, ermənilərin ilk belə təxribat cəhdi deyil: "2016-cı ildə Aprel döyüşləri olanda burada erməni diasporu ilə toqquşmamız oldu. Etiraz mitinqləri, maşın yürüşü təşkil etmişdik. Ermənilər də yolu bağlamışdılar. Bəzi soydaşlarımızın maşınlarını sındırmışdılar".
Qeyd edək ki, martın 27-də Stokholmun Solna bölgəsindəki "Friends Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1732 Tarix: 24 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ançelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15 sentyabrFormula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı
Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq
17 sentyabr"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b
19 sentyabrKoxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
"Qarabağ"ın sabiq qapıçısı Mateuş Koxalski "Qarabağ"dan ayrılmaq səbəbi haqqında danışıb. "Qafqazinfo" xəbər verir ki, o, karyerasını Avropada qurmaq üçün Azərbaycan təmsilçisini tərk etdiyini bildirib. "Mən Avropaya qayıtmaq istəyirdim. Nəzəri olaraq, Azərbaycan avrokuboklard
22 sentyabrF1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq
"Formula-1" 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək
22 sentyabrMbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
13 sentyabrAvropa Liqasında ilk turun oyunları başa çatdı
UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis
18 sentyabrMert Günok Türkiyə millisindəki karyerasını başa vurub
"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib
18 sentyabr