Hikmət Hacıyev: "Ermənistan rəsmiləri elə düşünürlər ki, Qarabağ məsələsində spekulyasiyanı əbədi davam etdirə biləcəklər"

Hikmət Hacıyev: "Ermənistan rəsmiləri elə düşünürlər ki, Qarabağ məsələsində spekulyasiyanı əbədi davam etdirə biləcəklər""Ermənistan rəsmiləri elə düşünürlər ki, Qarabağ məsələsində spekulyasiyanı əbədi olaraq davam etdirə biləcəklər".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib.

Hikmət Hacıyev qeyd edib ki, qərbi azərbaycanlılar 20-ci əsrdə 4 dəfə deportasiyaya məruz qalıblar: "1991-ci ildə qərbi azərbaycanlıların Ermənistandan qovulması prosesi tam başa çatdırılıb. Ermənistanda bütün mədəni irsimiz dağıdılıb, mənimsənilib. Yalnız İrəvanda Göy Məscidi saxlayıblar, onu da fars məscidi kimi qələmə verirlər.

2020-ci ildə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Qərbi Azərbaycandan olan soydaşlarımızı da ruhlandırdı. Onların qayıdış arzusu daha da gücləndi. 2022-ci ildə onlar təşkilatlanaraq Qərbi Azərbaycan İcması yaratdılar. Dekabrın 24-də Prezident İlham Əliyev icma ilə görüşdə faktiki olaraq Qərbi Azərbaycan mövzusunu millətimizin yeni strateji hədəfi kimi müəyyən etdi".

İcma bu yaxınlarda qayıdış konsepsiyasını hazılayıb: "Onlar sülh yolu öz dədə-baba torpaqlarına geri dönmək, dinc yanaşı yaşamaq istəyirlər. Amma qayıdış beynəlxalq təhlükəsizlik təminatı altında olmalıdır. İcma həm də hesab edir ki, Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistanın öhdəliyi kimi Azərbaycan-Ermənistan sülh müqaviləsində təsbit olunmalıdır.

Ermənistanın qərbi azərbaycanlıların dinc qayıdışını özünün ərazi bütövlüyünə təhlükə kimi görməsi bir daha onun qeyri-konstruktivliyini və etnik nifrət siyasəti yürütdüyünü göstərir.

Ermənistan rəsmiləri elə düşünürlər ki, Qarabağ məsələsində spekulyasiyanı əbədi olaraq davam etdirə biləcəklər. Bir şey aydındır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa və ya kağız üstündə tanıyaraq öz dağıdıcı əməllərini davam etdirərsə, o zaman Azərbaycan da rəsmi şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Əgər Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün hansısa "status" tələb etməyə davam edərsə, o zaman Azərbaycan da Ermənistandan didərgin düşmüş qərbi azərbaycanlılara Ermənistanın status verməsi məsələsini qaldıracaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1209   Tarix: 12 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr