Yeni Füzuli şəhəri necə olacaq? - Əvvəlkindən daha böyük, yaşıllıq... - FOTO
"Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Hazırda ərazidə intensiv şəkildə yaşayış binalarının inşaatı həyata keçirilir. Gözlənilir ki, gələn ilin əvvəllərində şəhərdə mindən çox ailə məskunlaşacaq".
Bunu millət vəkili Vüqar Bayramov öz "Facebook" hesabında yazıb.
O bildirib ki, bütövlükdə 2040-ci ilədək Füzuli şəhərində 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir:
"Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək.
Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur.
Şəhərdə çox mərtəbəli binalar ilə yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək".



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gələn il də maaş və pensiyalar artacaqmı?
Pərviz Heydərov yazır. 2026-cı il üçün dövlət büdcəsi gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat, başqa sözlə cəmi 0.6% çox olmaqla 38 609 00.0 min manat, xərcləri isə 296 milyon manat, yəni cəmi 0.7% çox olmaqla 41 703 600.0 min manat təşkil edəcək. Lakin cəmiyyəti maraqlandıra
22 noyabrAzərbaycan pambıq ipliyi istehsalını 23 % artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 17,56 min ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur. Bu il noyabr ayının 1-nə, ölkədə 5,2 min ton hazır məhsul ehtiyatı olub. 2024-c
15 noyabrMərhum nazirin şirkətinə 364 min manatlıq sifariş
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi maşın və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATA Texnologiya" MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 364 124,4 manat təşki
5 dekabrGürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 2 %-dən çox artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 093,658 milyon ABŞ dolları təşkil edib. "Report" bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur. Gürcüstanı
22 noyabrAzərbaycan Qahirədə D-8 qrupunun ticarət nazirlərinin iclasında iştirak edəcək
Dekabrın 2-də Qahirədə inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv dövlətlərin ticarət üzrə məsul nazirlərinin 4-cü iclası keçiriləcək. AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə üzv dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər. Hazırlıq məqsədilə artıq bir neç
30 noyabrManatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA
"Azərbaycan manatın ABŞ dollarına qarşı məzənnəsini 1,7 səviyyəsində sabit saxlanmasını davam etdirəcək". "S&P Global Ratings" Azərbaycan üzrə yenilənmiş iqtisadi proqnozlarını açıqlayıb. Qeyd edilib ki, Mərkəzi Bankın mütəmadi valyuta intervensiyaları və güclü ehtiyat mövqey
6 dekabrBir kiloqramının qiymətinə 6 kilo ət almaq olar - Buna görə bahadır
Azərbaycana əsasən Türkiyənin Qaziantep bölgəsindən gətirilən fıstıq (Antep fıstığı) kəskin bahalaşıb. Hazırda bazarlarda bu məhsulun 1 kiloqramı orta hesabla 48-50 manata satılır. Bəzi çərəz mağazalarında, eləcə də marketlərdə qablaşdırmadan və növdən asılı olaraq, hətta kilosu 70-100 manat qiymət
6 dekabr