İrəvan ifşa oldu: Ukrayna şok faktlar yaydı
Ukrayna mediası Qərb mənbələrinə istinadla bir neçə gündür Ermənistanın Rusiyanın apardığı işğalçı müharibənin birbaşa iştirakçısı olduğu haqda çox sərt məqalələrlə çıxış edir.
Qərb mənbələri Rusiyanın sanksiyalardan yayınmasında Ermənistanın əsas kanallardan biri olduğunu vurğulayıblar.
Qeyd edilir ki, Ermənistan Rusiyanın hərbi sənayesinin ehtiyac duyduğu avadanlıqları almasında da fəal iştirak edir.
"Beləliklə, İrəvan Tehranla birgə Ukraynaya qarşı təcavüzdə şərik kimi çıxış edir", - mənbələr bildirir.
"Podrovnosti" (Podrobnosti.ua) saytının yazdığına görə, Ermənistan ruslara məişət texnikası almaq adı altında düşmənin hərbi texnikasını Qərbin ehtiyat hissələri ilə təmin edir.
"Teleqraf" (Telegraf.com.ua) isə yazır: "Məhz Ermənistan bazarı vasitəsilə İran dron-kamikadzeləri ötürülür və bu silahlar Ukraynada dinc şəhərləri vurur. Polşanın "New Eastern Europe" nəşrinin məlumatına görə, İran Ermənistanın əli ilə Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyir. ABŞ-da rəsmi mənbələr rusların ermənilərlə əməkdaşlığını təsdiqləyir".
Qazeta.ua (Gazeta.ua): "Təcavüzkarla belə "sakit" əməkdaşlığın ən xoşagəlməz cəhəti odur ki, bu, təkcə mülki istehlak mallarına deyil, həm də hərbi təchizata aiddir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də rusların İrəvanın dəstəyi ilə işlədikləri barədə məlumat verir. Bu cür məlumat artıq Qərb tərəfdaşları tərəfindən də təsdiqlənib".
Kp.ua: "Son bir ildə İrəvan və Moskva arasında iqtisadi əməkdaşlıq əhəmiyyətli dərəcədə artıb. Ermənistan faktiki olaraq Rusiya bazarı üçün sanksiya mallarının alınması üçün tranzit məntəqəsinə çevrilib".
"Glavred": "Ermənilər Qərbdə ruslar üçün "rəsmi alıcıya" çevriliblər. Beləliklə, İrəvan Rusiya bazarı üçün müasir elektron avadanlıqların, smartfonların, eləcə də Qərb brendlərinin yeni avtomobillərinin alınmasına kömək edir. Ermənistan faktiki olaraq soyuducu və paltaryuyan maşınları alıb, Rusiya bazarına göndərməklə Kremlin Ukraynaya qarşı müharibəsinə yardım edir".
"Ukranyus" (Ukranews): "Ermənilər təkcə Qərbdəki loyal siyasətçilər vasitəsilə düşməni siyasi baxımdan dəstəkləmir, həm də rusların Qərb bazarlarında vasitəçiləri kimi çıxış edirlər".
Faktı.ua (Fakty.ua): Son bir ildə Moskva və İrəvan iki ölkə arasında ticarət dövriyyəsini kəskin artırıblar. Faktiki olaraq bu, ona görə baş verib ki, Ermənistan tərəfi Rusiya üçün lazım olan, Qərbin sanksiyaları ucbatından əldə olunmayan malların alınması ilə məşğuldur".
Qeyd edək ki, bu barədə dəfələrlə məqalələr dərc etmişik. Belə ki, 2022-ci ildə Ermənistanda Rusiyaya ixrac 4 dəfə artaraq, 2,5 milyarda çatıb, Rusiyadan Ermənistana pul köçürmələri isə ötən ilə 5 dəfə artıb.
İqtisadçı ekspert Natiq Cəfərli də bildirmişdi ki, ən qəribəsi Ermənistandan Rusiyaya, məsələn, elektrotexnika mallarının ixracının bir ildə 10 dəfəyə yaxın və ya bahalı və yeni avtomobillərin ehtiyat hissəslərinin Ermənistandan Rusiyaya ixracının 1200% artmasıdır. "Bütün bunlar Ermənistanın Qərb sanksiyalarından yayınmasında Rusiyaya göstərdiyi qardaşlıq yardımının nəticəsidir", - N.Cəfərli bildirmişdi./Axar
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO