Bu asteroiddə həyat üçün vacib vitaminlər TAPILDI
"Ryugu" asteroidinin səthinin alt təbəqəsindən götürülmüş süxur nümunələrinin analizləri ilə bağlı yeni məlumat təqdim edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən asteroiddən əldə edilmiş süxur nümunələri Hayabusa-2 adlı kosmik aparat vasitəsilə 2020-ci ilin dekabr ayında Yer kürəsinə çatırılıb. Həmin süxur nümunələri üzərində artıq çoxlu sayda analizlər aparılıb. Təqdim edilən yeni məlumatlara əsasən, süxur nümunələrinin tərkibində həyat üçün vacib orqanik birləşmələr və hətta vitamin də aşkar edilib.
"Ryugu" Yer kürəsinə yaxın zonada mövcud olan asteroiddir. Məlumata görə, bu asteroidin yaşı Günəşin yaşından daha çoxdur. Onun strukturunda DNT ilə RNT üçün vacib olan inşaat bloklarının olması bioloji həyat növünün yaranması üçün vacib olan orqanik birləşmələrin Yer kürəsi və hətta Günəş sistemindəki digər planetlərin formalaşmalarından daha öncə əmələ gəldiklərinə işarə edir.
Həmin orqanik birləşmələr kosmik şəraitdə asteroidin dərinliklərində qoruna biliblər. Kosmik radiasiya asteroidin dərinliklərinə çata bilmədiyindən orqanik birləşmələr olduqları kimi qalıblar. "Mütəxəssislər asteroidin iki müxtəlif yerindən əldə edilmiş nümunələri analiz edən zaman onlar RNT-nın inşaat bloklarından biri olan urasili və həmçinin B3 vitaminini (canlı orqanizmlərdə maddələr mübadiləsi üçün lazım olan vacib birləşmə) aşkar ediblər" - məlumatda qeyd edilib.
Bu yeni tədqiqat nəticələri Yer kürəsinə həyatın kosmosdan gəlmə variantının mümkünlüyünü bir qədər də möhkəmlədir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR