Üç qurum birləşdirildi: Su problemi həll ediləcək?

Üç qurum birləşdirildi: Su problemi həll ediləcək?"Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.

Xatırladaq ki, Prezident İlham Əliyev su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

Bəs görəsən, üç qurumun birləşdirilməsi bizə nə qazandıracaq? Son vaxtlar hiss olunacaq dərəcədə qabaran su qıtlığı problemi necə həll ediləcək?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, professor Rza Mahmudovun sözlərinə görə, su problemi və iqlim dəyişmələri ən aktual təbii problemlər sırasındadır:"Su qıtlığı bütün dünyada mövcuddur. Bizim ölkədə daha artıq özünü büruzə verir. Azərbaycan Cənubi Qafqazda qonşularla müqayisədə bu baxımdan aztəminatlı ölkələr sırasına daxildir. Su qıtlığı dünyada iqlim dəyişkənliyinin təsirindən baş verir. Bizim istər səth, istərsə də yeraltı sularımız, çaylarımızın illik axım həcmi azalır. Rejim dəyişkənliyi baş verir. Başqa ölkələrdən fərqli olaraq, bizim ölkəmizdə bu problemə həssas yanaşma tələb olunur. Bu, müvafiq qurumların da diqqət mərkəzindədir.

Su həyat mənbəyidir. Sudan istifadə məsələsi onun idarəolunmasından tutmuş, öyrənilməsinə qədər, hətta gələcək dəyişmə proqnozu da həmişə diqqət mərkəzində olmalıdır".

Professor qeyd edib ki, üç qurumun bir agentlik halında birləşdirilməsi məqsədyönlüdür:

"Düşünürəm ki, oxşar sahələr koordinasiya olunmalıdır. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təminatı ilə məşğul olur. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ölkəmizin sudan istifadəsi məsələsinə baxır. FHN tərkibində olan Su Ehtiyatları Agentliyi ölkəmizdə su ehtiyatlarının qiymətləndirilməsi ilə məşğul olur. Hamısında bir məqsəd var.

Mən hesab edirəm ki, üç qurumun bir agentlik halında birləşdirilməsi prosesə müsbət təsir edəcək. Həm təkmilləşdirmə, həm idarəolunma, həm operativlik, həm də elmi əsaslara uyğundur. Agentlik operativ koordinasiya olunan dövlət qurumudur. Birbaşa hamısı bir agentlikdə cəmlənir. Ayrı-ayrı funksiyaları bir dövlət qurumunda birləşəcək. Bu, optimaldır. Səmərəli dövlət qurumu olacağına inanıram".

R.Mahmudov əlavə edib ki, maliyyə ilə bağlı əsasnamə işlənilməlidir:

"Əsas məqam sudan daha səmərəli istifadədir. Maliyyə sahəsində müəyyən ortaq məxrəcə gəlmək olar. Yeni qurum cərimələrin həddini yenidən müəyyənləşdirə bilər. Birləşdirməklə problemləri azaltmaq nəzərdə tutulub. İndi, yəqin ki, vahid agentlik altında bunların daha optimal fəaliyyət göstərməsi əhalinin su ilə təminatında, su probleminin həllində müsbət təsirini göstərəcək.
Ölkəmiz üçün su siyasətinin həyata keçirilməsində ayrı-ayrılıqda fəaliyyət göstərən qurumların bir agentlik hallında birləşməsi məsələnin həllində müsbət rolunu mütləq verəcək".

İqtisadçı Emin Qəribli qeyd edib ki, su problemlərinin həlli üçün külli miqdarda investisiya tələb olunur:"10 ildən artıqdır ki, BMT-nin müvafiq proqnozlarında verilir ki, 2030-cu ildən 2050-ci ilə qədər dünyada su qıtlığı, su çatışmazlığı problem olacaq. Əfsuslar olsun ki, Avrasiyada ən problemli bölgələrdən biri də Azərbaycandır. Bu səbəbdən də tədbirlər görülür. Agentliyin də bu səbəbdən yaradıldığını güman edirəm. Problemlərin yoluna qoyulması üçün külli miqdarda investisiya tələb olunur".

E.Qəriblinin fikrincə, bu sahədə yeni texnologiyalar tətbiq etməklə irəliləyişə nail ola bilərik:

"Su ilə təminat baxımından bizdən qat-qat məhdud ölkələrdə yaşayanlar var. Amma bizdən çox kənd təsərrüfatı məhsulu ixrac edirlər. Yeni texnologiyaları tətbiq etməklə biz irəliləyişə nail ola bilərik".

İqtisadçı-ekspert Eyyub Kərimli qurumların birləşdirilməsinin idarəetməni optimallaşdıracağını söyləyib:"Sərəncam günün aktual tələbləri ilə uzlaşmaqdadır. Belə ki, uzun müddətdir artıq həm dünya, həm də bizim ölkəmizdə su ehtiyatları ilə bağlı həyəcan təbili çalınır. İçməli suyun azalması gündəmə gəlib. Bu, zamanın tələbidir. Düşünürəm ki, bu baxımdan üç qurumun bir agentlik arasında birləşdirilməsi müsbət addımdır. Bu, idarəetməni optimallaşdıracaq. Mərkəzdən daha yaxşı və şəffaf idarəetmə imkanları yaradacaq".

E.Kərimli gələcəkdə həm əhali, həm də kənd təsərrüfatının daha geniş, böyük və keyfiyyətli xidmət alacağını bildirib:

"Su problemi daha çox təsərrüfatların fəaliyyətinə mənfi təsir göstərirdi. Neqativ vəziyyət hökm sürürdü. Bu baxımdan mərkəzləşdirilmiş idarəetmə ümumilikdə bu müəssisələrin daha optimal və yaxşı idarəetməsinə öz mühüm töhfəsini verəcək. Həm ölkə əhalisinə, həm də kənd təsərrüfatına öz müsbət təsirlərini göstərəcək".

Qeyd edək ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3304   Tarix: 01 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qiymətlər 30 faiz artır - Geciksəniz, DAHA ÇOX ÖDƏYƏCƏKSİNİZ

"2026-cı ildə də Yeni il ərəfəsində bölgələrdəki istirahət mərkəzlərinə tələbatın yüksək olacağı gözlənilir. Çünki rezervasiyalar əvvəlcədən həyata keçirilir. Ən azı üç ay öncədən yer sifariş edənlər daha sərfəli qiymətlər əldə edə bilirlər. Belə olduqda rezervasiyanı 10-15 faiz daha ucuz qiymət

10 oktyabr
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr
.

Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər

"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai

9 oktyabr
.

Pilləkəndən yıxılıb öldü

Mingəçevirdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, 52 yaşlı Ağdam rayon sakini Rəşan Bəşirov Mingəçevirdə yaşadığı binada pilləkəndən enərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən xəsarət alan şəxs vəfat edib. Onun əvvəllər iflic xəstəliyi keçirdiyi bildirilib

10 oktyabr
.

630 minlik Lamborghini ilə bulvarda təhlükəli şou: "Hacı Həsənli" drift etdi - qaydalar yenə kənarda qaldı!

Bakının Səbail rayonunda, Dənizkənarı Bulvar ərazisində "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər etdiyi bildirilən sürücü Hacı Həsənli Ramiz oğlu barəsində başlanmış inzibati işə xitam verilib. xəbər verir ki, bu barədə -ın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Hadis

9 oktyabr
.

Lənkəranın 5 kəndinə dolu düşdü - Foto

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol

10 oktyabr
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

11 oktyabr
.

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd

10 oktyabr
.

Vahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMA

"Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız vizual tələb deyil, həm də təhsilin dünyəvilik prinsipi və sosial bərabərlik məsələsidir. Məktəb uşaqların sosial statusundan, ailələrinin maddi imkanlarından və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir şagirdin özünü bərabər hiss etməl

9 oktyabr