İki gün davam edən danışıqlar: Tehran Bakıdan indi nə istəyir?
Bayramovla Abdullahianın telefon danışığında kimin zəng etdiyi açıqlanmasa da təşəbbüsün İran tərəfindən gəldiyi ehtimalı daha çoxdur: Tehran Bakıya qarşı təzyiq siyasətini izləsə də, adekvat addımlar nəticə əldə edə bilmədiyini görür və loyal gediş edir;
Burada İranın iki mümkün məqsədi ola bilər:
Birincisi, Bakıya təzyiq etmədiyini, əksinə, qonşuluq prinsipinə sadiq olduğunu, lakin "Azərbaycanın İrana qarş cəbhə aldığını" nümayiş etdirmək;
İkincisi, Azərbaycanda İran şəbəkəsinə qarşı aparılan əməliyyatların dayanmasına nail olmaq;
Əsas diqqətçəkən məqamlardan biri danışıqların iki raundda aparılmasıdır: İran XİN-in rəsmi məlumatına görə, XİN rəhbərləri dünən gecə və bu gün axşam telefonda danışıb.
Dünən İbrahim Rəisi Ərdoğanla telefonla danışmışdı, görünür, Ankara Tehrana Bakı ilə bağlı "qırmızı xət"lərini izah edib. Bununla yanaşı, "müsəlmanların hamisi" obrazını yaratmaq üçün Fələstin məsələsindən istifadə edən İran İƏT-in təcili tolantısını keçirmək istəyir və mövcud situasiyada bu təşəbbüsünün bütün üzv ölkələr tərəfindən dəstəklənməsində maraqlıdır.
Bu telefon danışığı Azərbaycanın adekvat addımlarının nəticə verdiyini göstərir. Tərəflər ikitərəfləri layihələrin icrası və təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə edib. Bayramov İsraildə səfirlik açmağımıza qarşı çıxan İrana Azərbaycanın müstəqil xarici siyasətinə hörmətlə yanaşılmasının vacibliyini deyib.
Lakin əsas məsələ hələ də açıqdır: İran mövcud siyasətindən əl çəkəcəkmi? Tehranın regional siyasəti bu gözləntini zəiflədir. Bundan əvvəllər də tərəflər bir neçə dəfə münasibətlərin normallaşması ilə bağlı razılıq əldə etsə də, İran siyasətini terror mərhələsinə qədər aparıb çıxardı. Tehranda mövcud rejimin, xüsusilə SEPAH-ın təsirinin artması fonunda Azərbaycana qarşı izlədikləri siyasi xətti davam etdirəcəyi gözləntisi daha çoxdur. O da istisna deyil ki, indi Azərbaycanda öz şəbəkəsinin neytrallaşdırılması prosesinin dayandırılmasını istəyən İran sonrakı mərhələdə "iğtişaşların yaradılması" planlarını da işə sala bilər.
Publika.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











7 gün qarpız yedi: orqanizminə necə təsir etdi?
Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ
"BakıKart"ın qiyməti ARTDI
Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar
"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?
Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı
Axşam içilən spirtli içkiyə görə səhər cərimə yazıla bilər? - CAVAB
Səssiz qatil: 2050 ssenarisi 24 il əvvəl gerçəkləşdi - Zaman cədvəli pozuldu
Qəza zamanı çaya düşərək ölən şəxs hərbi qulluqçu imiş
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
"Milyonlarla dövlət vəsaiti xərclənən dərsliklər şagirdlərin yaş psixologiyasına zidd mexanizmlərlə doldurulub" - AÇIQLAMA
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - "Kababı sevir, yallı gedir" (VİDEO)
Bakıda musiqiçini maşın vurub öldürdü
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verildi - Fotolar
Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldı