İran Ermənistanı işğal etməyə hazırlaşır - VİDEO

İran Ermənistanı işğal etməyə hazırlaşır - VİDEOİran və Ermənistan Azərbaycan-Ermənistan sərhədində yeni toqquşma təhlükəsi yaranarsa, İran ordusunun operativ şəkildə Zəngəzura köçürüləcəyi ilə bağlı ilkin razılığa gəliblər.

Bu barədə caliber. az-ın "İran Ermənistanı işğal etməyə hazırlaşır" başlıqlı analitik məqaləsində deyilir.

İrəvanın hakim elitasının ölkəni idarə etmək üçün strateji baxışının olmaması, Ermənistanın dövlətçiliyi və ərazi bütövlüyü üçün risklər yaratmaqda davam edir.

Ermənistanın sabitliyini pozması, dövlətçiliyini itirməsi, bu dövlət quruluşunun parçalanması, ölkəmiz üçün strateji təhlükə yarada bilər. Bu, ilk növbədə onunla bağlıdır ki, ssenari Azərbaycana düşmən olan üçüncü qüvvələr tərəfindən proqramlaşdırılır.

Söhbət İrandan gedir.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə çalandan sonra İran rəhbərliyinin bütün addımları regionda qüvvələr balansının Azərbaycan və Türkiyənin xeyrinə dəyişməsinin qarşısını almaq istəyindən xəbər verir.

İran prezidenti Rəisi 2021-ci il noyabrında Putinlə telefon danışığı zamanı "Bölgədəki ölkələrin geosiyasi statusunda və sərhədlərində istənilən dəyişiklik qəbuledilməzdir" deyə vurğulayıb.

Tehran ehtiyat edir ki, Zəngəzur dəhlizinin eksterritoriallığıonu Ermənistanın Qərb və Şimal tranzit pəncərəsindən kəsəcək. Guya ki, İran Avropaya nəqliyyat imkanını itirməkdən qorxur. Halbuki, hazırda İran Ermənistan vasitəsilə Avropayavə tranzit yüklərinin yalnız kiçik bir hissəsini göndərir. Bundan başqa, Zəngəzur dəhlizi reallaşarsa, İran yüklərinin daşınmasına hər hansı məhdudiyyət olmayacaq.

Demək ki, İranın narahatlığı iqtisadi deyil, daha çox siyasi xarakter daşıyır. Regionda açılan nəqliyyat yolları uzun əsrlər ərzində ilk dəfə olaraq yenidən vahid türk siyasi məkanı yaranmasına imkan verəcək. İran media məkanında Zəngəzur dəhlizinin Turan dəhlizi adlandırması əbəs yerə deyil.

İranın Qafanda tələsik konsulluq açması, Azərbaycana qarşı aqressiv ritorika, İran-Azərbaycan sərhədi yaxınlığında müntəzəm təlimlər, terror aktları və təhdidlər - bütün bu addımlar rəsmi Tehranın Zəngəzur dəhlizinin açılmasını əngəlləmək məqsədinə xidmət edir.

İranın planlarını ifşa edən son addımı isə rəsmi Tehranın Suriyadakı səfiri Mehdi Sobhaninin Ermənistana təyin edilməsi olub. Heç kimə sirr deyil ki, İran həm Suriyada, həm də Yaxın Şərqin bir sıra digər dövlətlərində hərbiləşdirilmiş qrupları maliyyələşdirir və onlara nəzarət edir.

Məqalədə bildirilir ki, Sobhaninin Ermənistana səfir təyin edilməsi qərarının siyasi çalarları var. Bu, konkret mesajdır. Tehran Cənubi Qafqaz regionunda siyasi kursunu daha aydın şəkildə irəli sürmək niyyətində olduğunu açıq şəkildə bildirir.

Yəni "aydın siyasi kurs" təlim düşərgələri yaratmaq, terror aktları hazırlamaq, erməni ordusunu öyrətmək deməkdir. Ermənistanda artıq açıq şəkildə deyirlər ki, Zəngəzur uğrunda müharibə başlasa, İrəvanın münasibətindən asılı olmayaraq, İran Ermənistana daxil olacaq.

Analitik məqaləyə əsasən İran və Ermənistan artıq Azərbaycan-Ermənistan sərhədində yeni toqquşma təhlükəsi yaranarsa, İran ordusunun operativ şəkildə Zəngəzura köçürüləcəyi ilə bağlı ilkin razılığa gəliblər. İran təhlükəsizlik qüvvələrinin əməkdaşlarının müəyyən hissəsi artıq tacir, sürücü, turist adı altında bölgəyə göndərilib.

Beləliklə, maraqlı bir mənzərə ortaya çıxır. İranın hərbi əməliyyatının planlaşdırılmasında hədəf təkcə Azərbaycan deyil, həm də Ermənistandır. Məqalənin müəllifi bildirir ki, İran ordusunun Araz çayı sahilində keçirdiyi hərbi təlimlər birbaşa Azərbaycana qarşı yönəlməyə də bilər. Bu, Ermənistan ərazisində potensial hərbi əməliyyatların da carçısı idi.

Görünür ki, Ermənistanın tezliklə xaos və daxili siyasi qeyri-sabitliyin olduğu, xarici aktorların nəzarətində olan sektorlara bölünmüş Qafqaz Suriyasına çevriləcək. Paşinyanın komandası İran ordusunu ölkənin ərazi bütövlüyünün qarantı kimi görsə də, İran qoşunlarının Ermənistan ərazisinə yeridilməsi, təkcə İranın deyil, regionun digər dövlətləri üçün də böyük təhlükədir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1302   Tarix: 09 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr