Bakını bir-birinə qatan tələbə xəstəxanaya yerləşdirildi - Foto
Dünən Bakının mərkəzi yollarında 99-ED-717 dövlət qeydiyyat nişanlı "Volkswagen Touareg" markalı avtomobili arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozan 20 yaşlı Rauf Cabbarbəyli xəstəxanaya yerləşdirilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saxlanıldıqdan sonra Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə təhvil verilən Raufun psixoloji problemlərinin olması müəyyən edilib. Onun həkim nəzarətində saxlanılmasına qərar verilib.
Baş Dövlət Yol Polisi İdarəsindən məlumatı "Qafqazinfo"ya təsdiq ediblər.
O da məlum olub ki, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsi olan Rauf 2020-ci ildə buraxılış imtahanlarında yüksək (238,7) bal toplayıb və hazırlaşdığı tədris mərkəzi ən yaxşı tələbələri arasında onun da fotosunu paylaşıb.
Məsələ ilə bağlı ADNSU-ya sorğu ünvanladıq. Universitetdən müraciətimizə belə cavab verildi:
"Cabbarbəyli Rauf Fuad oğlu 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiya fakültəsinin 342.20E saylı qrupuna 572.8 balla qəbul olub. Hər bir kurs üzrə smestr boyu kəsri olmayıb, qarışıq qiymətlər alıb. Ortalaması 72.62-dir. Elektron jurnalda smestrlar üzrə davamiyyət limitini keçməyib. Bu tələbə hazırkı müddətə qədər daxili nizam-intizam qaydalarını pozmayıb".
Avtosfer.az saytının yaydığı məlumatda Rauf Cabbarbəylinin dünən Azadlıq meydanı yaxınlığında çılpaq soyunaraq sükan arxasında əyləşməsi və oradan başlayaraq avtomobili arxa-arxaya sürdüyü bildirilib. Həmçinin R.Cabbarbəylinin hadisə vaxtı narkotik vasitənin təsiri altında olması iddia edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 14040 Tarix: 10 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yol polisi sürücülərə müraciət etdi
Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki
10 oktyabrMəktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblilər dərsə təhsil aldıqları məktəb üçün müəyyən edilmiş vahid geyim formasında gəlməlidirlər. xəbər verir ki, rəsmi qaydalara əsasən, oğlanlar üçün şalvar, qısaqol və uzunqol polo tipli köynək, önü bağlanan cibli jaket, qızlar üçün isə şalvar və ya ətək, qısaqol və uzunqol köynək, jaket nəzərd
10 oktyabrMəktəbdə nizam-intizam niyə vacibdir? - Təhsil yalnız dərs keçməklə bitmir
Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil. Şagirdlərin məsuliyyət, qarşılıqlı hörmət, qaydalara əməl etmək və cəmiyyət içində düzgün davranmaq vərdişləri də məhz burada formalaşır. Buna görə məktəbdə nizam-intizamın qorunması tədrisin keyfiyyəti və sağlam təhsil mühitinin yaradılması baxımında
9 oktyabrMəktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Həm şagirdlər, həm də müəllimlər məktəblərdə müəyyən normalara əməl etməlidirlər. O normalar əsasında məktəbin fəaliyyəti tənzimlənməlidir. Bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib. "Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. O mənada verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimi
10 oktyabrMəktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?
Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin
9 oktyabr11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI
Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü
11 oktyabr