"Azərbaycan hər zaman Fələstin dövlətinin və xalqının yanında olub" - ŞƏRH
"Azərbaycan dövlət və xalqı hər zaman Fələstin xalqının və dövlətinin yanında olub. Azərbaycan bütün platformalarda Fələstinlə bağlı qəbul edilən qətnamə və sənədləri dəstəkləyib. Birləşmiş Millətlər Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının Fələstinlə bağlı qəbul etdiyi bütün qərarlarda Fələstinlilərin yanında olub. İsraildə Azərbaycan səfirliyinin açılması məsələsinə gəldikdə isə bu gün təkcə Azərbaycan yox, digər müsəlman ölkələri də bu ölkədə səfirlik açıblar. Artıq bir neçə ərəb ölkəsinin Fələstində səfirliyi fəaliyyətə başlayıb".
Bu Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, eyni zamanda, Azərbaycan təkcə İsraildə səfirlik açmadı, Fələstində də Azərbaycanın nümayəndəliyi fəaliyyət başladı.
"Xarici İşlər naziri Ceyhun Bayramov Fələstini də ziyarət etdi. Azərbaycan Fələstində Fələstinlilər üçün məktəb tikməyi planlaşdırır. Burada belə haqlı sual yaranır. Niyə İran Fələstində səfirlik açan digər ölkələrə etiraz etmədi? İsraildə həmin ölkələrin səfirliyinin açılmasını qınamadı? Niyə məhz Azərbaycanla bağlı belə mövqeyi sərgilədi?
Hesab edirəm İranın belə reaksiyası verməsinə son dövrlər İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda yanaşmaq lazımdır. İran bu cür addımlarla Azərbaycanın İranlı bağlı mövqeyinə və atdığı addımlara təsir etmək istəyir. İranda bəziləri düşünür ki, bu cür addımlarla Azərbaycanın mövqeyinə təsir etmək mümkündür. Ancaq yanılırlar. Son proseslər də göstərdi ki, İranın atdığı addımlara cavab olaraq Azərbaycan ən sərt qərarları qəbul etməyə hazırdır. İran səfirliyinin 4 əməkdaşlığının ölkəmizdən çıxarılması bunu bir daha təsdiq etdi.
İran Xarici İşlər nazirinin son günlər Azərbaycanlı həmkarına arda-arda zəng etməsi İranın Azərbaycanın qəbul etdiyi qərarlardan ciddi narahat olduğunu göstərir. İran niyə narahatdır? İranı hazırda ən çox narahat edən məsələ 30 ildə Azərbaycanda böyük maliyyə vəsaiti ayıraraq yaratdığı şəbəkənin çökdürülməsidir. Bu şəbəkənin çökdürülməsi İranın Azərbaycanla bağlı hədəflədiyi planın süquta uğraması anlamına gəlir.Əlbəttə münasibətlərin sonrakı mərhələsi İranın özünü necə aparmasından çox asılıdır. Əslində mən də düşünürəm ki, gərginliyin azaldılması üçün müəyyən addımlar atılmasına baxıla bilər. Ancaq bu daha çox İrandan asılıdır. İran təxribatlara son qoymalıdır.
Ancaq bütün hallarda Azərbaycandakı İran şəbəkəsinin çökdürülməsi istiqamətində addımlar davam etdirilməli, İranın Azərbaycanın daxili işlərinə qarışmasına, İrandan Azərbaycana qarşı təbliğata son qoyulmalıdır.İranın ümumi siyasətinə baxsaq, bu siyasətdən geri çəkilmək mümkünsüz görünür. Ancaq bu şəbəkənin Azərbaycan əleyhinə fəaliyyətinin qarşısı indiki həssas məqamda alınmasa gələcəkdə yenə belə xoşagəlməz hallar yaşayacağıq. Azərbaycanın inkişafı və təhlükəsiz gələcəyi bu məsələdən çox asılıdır. Bu məsələni çətin də olsa birdəfəlik həll etməyə çalışmalıyıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək
Makron istefa verdi
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama