Nazpəri nəvəsi ilə görüşə bilmir
Xalq artisti Nazpəri Dostəliyeva dünyasını dəyişən oğlu Əlinin övladı Tamerlanla görüşmədiyini deyib.
Axşam.az xəbər verir ki, müğənni bu haqda "Günaydın, Azərbaycan" verilişində danışıb. O bildirib ki, nəvəsi anası ilə birlikdə Rusiyada yaşayır:
"Telefonla danışırıq, görüşə bilmirəm. Rusiyaya gedəndə, əlbəttə, görüşəcəyəm. Yayda burada idi. Hər dəfə məni görəndə, ata haradadır deyəndə, özümdən gedirəm. Hər şeyi örtülü saxlayanda, hərə bir fikir deyir. Uşağın o sözü mənə hər şeydən ağırdır. Tamerlan mənə ana deyir. Deyəndə ki, ana, ata haradadır? Onda uşaqdan qaçdım, bir müddət uzaqlaşdım".
Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə 41 yaşında ürək çatışmazlığından vəfat edib. O, həyat yoldaşından bir neçə il əvvəl ayrılmışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3232 Tarix: 10 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yüksək bal toplayan müəllimlər direktor ola biləcək
"Bu il direktorların işə qəbul imtahanında olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib
28 aprelAprelin son günündə hava necə olacaq?
Azərbaycanda aprelin 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanı
29 aprelAzərbaycanlı polkovnik Ukraynada vəfat etdi
Uzun illərdir Ukraynada yaşayan, bu ölkədə müxtəlif vəzifələrdə işləmiş polkovnik Mürşüd Xəlilov vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Mübariz Aslanov məlumat yayıb. Mürşüd Xəlilov 30 ildən çoxdur ki, Ukraynada yaşayırmış və bu ölkənin hüquq-mühafizə orqanlarında yüksək vəzifələrd
29 aprelBakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
Bakı şəhərində səkilər, həyətlər, park və bağların abadlaşdırılması və təmiri ilə bağlı işlər görüləcək. -in əldə etdiyi məlumata görə, layihəni "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC icra edəcək. Görüləcək işlərin ümumi dəyəri təxminən 65 milyon manata yaxındır. Layihə çərçivəsində səkiləri
29 aprelWUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) iştirak üçün 175 ölkəni təmsil edən 23 350 nəfər qeydiyyatdan keçib. xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır"
29 aprelBu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, mərkəzin əməkdaşlar
29 aprelİldə yalnız bir dəfə çıxır, min bir dərdə şəfa olduğu deyilir - VİDEO
Türkiyənin Elazığ bölgəsində xalq arasında "Şərqin bananı" adlandırılan və bir çox xəstəliyə faydalı olduğuna inanılan ışkın (yabanı ravənd) bu mövsüm yenidən satışa çıxarılıb. türk mediasına istinadən xəbər verir ki, dağlıq ərazilərdə çətin şəraitdə yığılan bu bitki mövsümün əvvəlində kiloqram
29 aprel