Polad Bülbüloğlu geri çağırılıb? - Səfirlikdən AÇIQLAMA
Azərbaycanın Rusiyadakı Səfirliyi "Polad Bülbüloğlu geri çağırılır" başlığı ilə yayılan məlumatlara aydınlıq gətirib.
Sonxeber.az xəbər verir ki, səfirlikdən trend-ə bildirilib ki, yerli saytlardan birində dərc edilmiş bu xəbərin heç bir əsası yoxdur.
"Polad Bülbüloğlu geri çağırılır" başlıqlı xəbərlə bağlı bildiririk ki, "özəl" kimi təqdim edilən, daha çox oxucu cəlb etmək məqsədini güdən və söz yığınından ibarət yazının heç bir əsası yoxdur.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının səfirlərinin təyinatı məsələsi dövlətimizin başçısının səlahiyyətindədir. Prezidentimiz isə nəyi necə, nə vaxt etmək lazım olduğunu hər kəsdən yaxşı bilir.
Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılmasını "zəruri edən" "maliyyə pozuntuları" iddiası isə saytın istinad etdiyi mənbənin "zəngin" və xəstə təxəyyülündən xəbər verir. Belə ki, 2006-cı ildən Səfirlikdə aidiyyəti qurumlar tərəfindən bir neçə dəfə aparılmış maliyyə yoxlamalarının sonuncusu 2019-cu ildə həyata keçirilmiş və heç bir ciddi nöqsan aşkarlanmamışdır.
Yalan xəbəri yayan saytın əməkdaşlarının diqqətinə çatdırırıq ki, istənilən məlumatı dərc etməmişdən öncə həmin xəbəri hərtərəfli araşdırmaq lazımdır. Yalnız bu halda "özəl xəbər ünvanı" şüarına layiq ola bilərlər. Əks təqdirdə bu, "yalan xəbər ünvanı" şüarına çevrilə bilər", - deyə məlumatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3399 Tarix: 10 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yol polisi sürücülərə müraciət etdi
Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki
10 oktyabrMəktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblilər dərsə təhsil aldıqları məktəb üçün müəyyən edilmiş vahid geyim formasında gəlməlidirlər. xəbər verir ki, rəsmi qaydalara əsasən, oğlanlar üçün şalvar, qısaqol və uzunqol polo tipli köynək, önü bağlanan cibli jaket, qızlar üçün isə şalvar və ya ətək, qısaqol və uzunqol köynək, jaket nəzərd
10 oktyabrMəktəbdə nizam-intizam niyə vacibdir? - Təhsil yalnız dərs keçməklə bitmir
Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil. Şagirdlərin məsuliyyət, qarşılıqlı hörmət, qaydalara əməl etmək və cəmiyyət içində düzgün davranmaq vərdişləri də məhz burada formalaşır. Buna görə məktəbdə nizam-intizamın qorunması tədrisin keyfiyyəti və sağlam təhsil mühitinin yaradılması baxımında
9 oktyabrMəktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Həm şagirdlər, həm də müəllimlər məktəblərdə müəyyən normalara əməl etməlidirlər. O normalar əsasında məktəbin fəaliyyəti tənzimlənməlidir. Bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib. "Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. O mənada verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimi
10 oktyabrMəktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?
Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin
9 oktyabr11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI
Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü
11 oktyabr