Bakını bir-birinə qatan tələbə ki̇mdi̇r? - AÇIQLAMA + VİDEO
Bakıda avtomobili arxa-arxaya sürən tələbə yüksək balla universitetə daxil olubmuş.
Bu barədə Baku TV-yə ADNSU-nun sözçüsü Bəhruz Nəzərov məlumat verib.
O qeyd edib ki, hadisəni törədən 20 yaşlı tələbə Rauf Cabbarbəyli 2020-ci ildə 572 balla ADNSU-ya qəbul olub:
"Orta səviyyədə təhsil alan tələbədir, bu vaxta kimi davamiyyət və hər hansısa insanla bir problem yaşamayıb".
Daha ətraflı süjetdə:
19:16
"Sürücülük vəsiqəsi veriləndə tibbi arayış alınır. Amma insanın hansısa ağır xəstəliyə tutulması üçün bir ay belə bəs edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan "Çıxışa Doğru" proqramında qonaq olan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sosial şəbəkədə ötən gün Bakıda yolun əks istiqamətində maşın sürən, polisin saxla əmrinə tabe olmayan sürücü 20 yaşlı Rauf Cabbarbəylinin sürücülük vəsiqəsi ilə bağlı aparılan müzakirələrə aydınlıq gətirərkən deyib.
O bildirib ki, xəstə olan halda heç kim sürücülük hüququ əldə edə bilməz:
"Bəzi vətəndaşlar yazırdı ki, şəxs narkomandır. Bir qrup insan yazırdı ki, o necə sürücülük vəsiqəsi alıb və s. Amma qeyd edim ki, həmin şəxs sürücülük vəsiqəsi alan zaman heç bir pis vərdişi olmayıb, ona sağlamlıq haqqında tibbi arayış verilib. Sürücülük hüququ 10 il ərzində verilir. Bu 10 il ərzində o insan xəstəlik tuta bilər, narkotik maddə istifadəçisinə çevrilə bilər və s. digər bir çox hadisələr baş verə bilər. Bunu birmənalı sürücülük vəsiqəsinə bağlamaq düzgün deyil".
R.Tağıyev onu da əlavə edib ki, biz müşahidə edirik ki, avtoxuliqanlıq edən şəxslərin 90 faizinin sürücülük hüququ yoxdur:
"Sürücülük hüququ olmadığı halda bəzi şəxslərin nəqliyyat vasitəsi idarə etdiyinin şahidi oluruq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4232 Tarix: 10 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yol polisi sürücülərə müraciət etdi
Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki
10 oktyabrMəktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblilər dərsə təhsil aldıqları məktəb üçün müəyyən edilmiş vahid geyim formasında gəlməlidirlər. xəbər verir ki, rəsmi qaydalara əsasən, oğlanlar üçün şalvar, qısaqol və uzunqol polo tipli köynək, önü bağlanan cibli jaket, qızlar üçün isə şalvar və ya ətək, qısaqol və uzunqol köynək, jaket nəzərd
10 oktyabrMəktəbdə nizam-intizam niyə vacibdir? - Təhsil yalnız dərs keçməklə bitmir
Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil. Şagirdlərin məsuliyyət, qarşılıqlı hörmət, qaydalara əməl etmək və cəmiyyət içində düzgün davranmaq vərdişləri də məhz burada formalaşır. Buna görə məktəbdə nizam-intizamın qorunması tədrisin keyfiyyəti və sağlam təhsil mühitinin yaradılması baxımında
9 oktyabrMəktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Həm şagirdlər, həm də müəllimlər məktəblərdə müəyyən normalara əməl etməlidirlər. O normalar əsasında məktəbin fəaliyyəti tənzimlənməlidir. Bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib. "Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. O mənada verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimi
10 oktyabrMəktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?
Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin
9 oktyabr11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI
Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü
11 oktyabr