Şirkətlər kadrlarını Dubaydan köçürürlər
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkənin paytaxtı Ər-Riyadı dünyanın ən böyük şəhərinə çevirmək və onu Yaxın Şərqin böyük siyasi-iqtisadi paytaxtına çevirmək niyyətindədir. Bunun üçün dövlət orqanları Dubaydan (BƏƏ) iş adamlarını öz ölkələrinə cəlb edirlər.
Belə ki, Səudiyyə Ərəbistanı 2024-cü ildən qüvvəyə minəcək qaydalar tətbiq edib. Yeni qaydalara görə, dövlət orqanlarının ölkədə regional qərargahı olmayan beynəlxalq şirkətlərlə iş görməsi qadağandır. Bununla əlaqədar olaraq xarici firmalar artıq kadrlarının BƏƏ-nin paytaxtından Ər-Riyada köçürülməsinə başlayıblar.
Bildirilir ki, Səudiyyənin paytaxtı bu yolla Dubayla rəqabət aparmağa çalışır.
Əməkdaşları Ər-Riyada cəlb etməyin yolları arasında köçmə ilə əlaqədar əməkhaqqının 35-40 faiz artırılması və iş yerlərini beş il saxlayacaqları zəmanəti olsa da, bu təşviqat işçilər üçün kifayət qədər faydalı olmaya bilər, bəziləri köçməyə razı deyillər. Problemlər arasında potensial mənzil çatışmazlığı və kirayə haqqının artması, həmçinin şirkətlərdə BƏƏ ilə müqayisədə daha sərt qaydalar, məsələn, spirtli içkilərə qadağalar daxildir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1100 Tarix: 12 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlər Ermənistan-Türkiyə əməkdaşlığına dair məsələlər
9 oktyabrVanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib
Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,
8 oktyabrABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı
ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi
10 oktyabrRus ordusu bu ərazini tutdu
Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
9 oktyabr