Şəhid Vidadi Zalov dəfn olundu - YENİLƏNİB + CANLI YAYIM/FOTO
Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Nizami oğlu Zalovun cənazəsi Saray qəbiristanlığına gətirilib.
Oxu.Az xəbər verir ki, şəhidimizin cənazə namazı qılınıb.
Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.
Şəhidimiz Vidadi Zalovun nəşi torpağa tapşırılıb.
10:50
Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Nizami oğlu Zalovla vida mərasimi başa çatıb.
Oxu.Az xəbər verir ki, şəhidimiz cənazəsi dəfn olunması üçün Saray qəbiristanlığına aparılır.
10:26
Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Nizami oğlu Zalovun cənazəsi yaşadığı evə gətirilib.
Oxu.Az xəbər verir ki, şəhidlə vida mərasimi Saray qəsəbəsində yaşadığı evdə keçirilir.
Vida mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edirlər.
Şəhidimiz ailəsinin istəyinə uyğun olaraq, V.Zalov Sarayda Şəhidlər qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vidadi Nizami oğlu Zalov, Elşad Qabil oğlu Həsənov və Səbuhi Gündüz oğlu Tağıyev şəhid olublar.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3932 Tarix: 12 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəzər dənizində zəlzələ baş verib
Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ baş verib. xəbər verirki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 03:09-da qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib
30 aprelŞəhla müəllimə işdən çıxıb? - Vəkilindən açıqlama
"İdrak" Liseyində silahlı insidentdə xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı yayıb. Bununla yanaşı, insidenti törədən 10-cu sinif şagirdi Ə.Ş.-nin ailəsi ilə "İdrak" Liseyinin rəhbəri Mönsüm Alışovun oğlu İdris Alışo
28 aprelİldə yalnız bir dəfə çıxır, min bir dərdə şəfa olduğu deyilir - VİDEO
Türkiyənin Elazığ bölgəsində xalq arasında "Şərqin bananı" adlandırılan və bir çox xəstəliyə faydalı olduğuna inanılan ışkın (yabanı ravənd) bu mövsüm yenidən satışa çıxarılıb. türk mediasına istinadən xəbər verir ki, dağlıq ərazilərdə çətin şəraitdə yığılan bu bitki mövsümün əvvəlində kiloqram
29 aprelAzərbaycanda analarının soyadını götürən uşaqların sayı açıqlandı
2025-ci il ərzində valideynlərinin soyadları fərqli olduğu halda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ananın soyadı ilə qeydə alınan uşaqların sayı 185 nəfər təşkil edib. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2026-cı ili
29 aprel10 yaşlı Eldarı maşınla vurub öldürən əsgərlikdən məzuniyyətə gəlibmiş
Marneuli-Bolnisi magistralının Kolayır kəndi ərazisində avtomobillə 10 yaşlı azərbaycanlı Eldar Hüseynovu vuraraq öldürən sürücü saxlanılıb. "Qafqazinfo" portalına istinadən xəbər verir ki, hadisədən sonra 19 yaşlı sürücü gecə saatlarında polis tərəfindən tutulub. Məlumata görə, qəzanı törədə
29 aprelBu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, mərkəzin əməkdaşlar
29 aprelGüldanlar - interyerə uyğun seçimlər kontakt.az-da
Evin ab-havasını tamamilə dəyişmək üçün bəzən böyük təmirə ehtiyac qalmır. Kiçik, amma doğru seçilmiş bir detal kifayətdir. Məhz güldan dekor elementləri otağa canlılıq, estetika və harmoniya gətirən həmin sehrli toxunuşdur. Düzgün forma və stil seçimi ilə evinizdə vizual yenilik yarada bilərsiniz. -d
28 aprel