"Qarabağdakı erməni terrorçuları havadarlarının tapşırıqlarını icra edərək regionda vəziyyəti gərginləşdirməyə çalışırlar" - DEPUTAT
"Qarabağdakı silahlı erməni birləşmələri törətdiyi təxribatları ilə sülh müqaviləsinin imzalanmasına maneə olmağa çalşırlar".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutması nəsticəsində üç hərbi quluqçumuz şəhid olub:
"Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycanın Müzəffər Ordusu düşmənin təxribatlarına layiqli cavab verərək, geri yerində otuzdurub. Ermənilərin bu təxribatları artıq bizi təəccübləndirmir. Çünki terror və vandalizm erməni xalqının xislətində var.
Bu gün Qarabağdakı erməni terrorçuları təxribatları ilə havadarlarının tapşırıqlarını icra edərək regionda vəziyyəti gərginləşdirməyə çalışırlar. Məqsəd isə məlumdur. Sülh müqaviləsinin imzalanma prosesini mümkün qədər ləngitməkdir".
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində düşmənin başını əzən "Dəmir yumruq" yerindədir:
"Ermənistan rəhbərliyi yaxşı olardı ki, 44 günlük Vətən müharibəsindəki məğlubiyyətini və əsgərlərinin ordumuzun qarşısında qorxaq kimi necə qaçdığını unutmasın. Qarabağda törədilən bütün təxribatların məsuliyyəti Ermənistanla yanaşı Rusiya sülhməramlıların da üzərinə düşür. Çünki iki ildən çoxdur ki, Rusiya sülhməramlıları 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri icra etmir. Bu gün Rusiya sülhməramlıları nəyinki erməni terrroçularını Qarabağdan çıxarmır. Əksinə onların sayının artmasına və rahat şəkildə silahlanmasına şərait yaradırlar. Bu da birbaşa 10 noyabr bəyanatının şərtlərinin pozulması deməkdir. Bununla bağlı Azərbaycan hökuməti Rusiya sülhməramlılarına dəfələrlə xəbərdarlıq edibdir. Hesab edirəm ki, təxribatlar davam edərsə Qarabağda yenidən antiterror əməliyytalarına başlaya bilərik".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək
Makron istefa verdi
Məktəbdə nizam-intizam niyə vacibdir? - Qaydalar olmadan keyfiyyətli təhsil mümkündürmü?
The Guardian: "Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum etdiklərini iddia edirlər"
Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi