Azərbaycanda ilk riyaziyyatçı qadın elmlər doktoru vəfat edib - FOTO

Azərbaycanda ilk riyaziyyatçı qadın elmlər doktoru vəfat edib - FOTOAzərbaycanda ilk riyaziyyatçı qadın elmlər doktoru və ilk professoru, Əməkdar müəllim, ehtimal nəzəriyyəsi sahəsində tanınmış alim Tamilla Nəsirova vəfat edib.

Bu barədə AMEA məlumat yayıb.

Bildirilib ki, mərhum bu gün 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Tamilla Nəsirova 20 oktyabr 1936-cı ildə Hacıqabul rayonun Navahi kəndində anadan olub. O, 1953-cü ildə Bakıda 176 saylı məktəbi qızıl medal ilə bitirərək həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsinə imtahan vermədən daxil olub və 1958-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təyinatla AMEA-nın Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) elmi fəaliyyətinə başlayıb və həmin ildə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun aspiranturasına qəbul olub. Daha sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Ehtimal nəzəriyyəsi" kafedrasında akademik B.V.Qnedenkonun rəhbərliyi ilə dissertasiya işi üzərində çalışıb.

T.Nəsirova 1964-cü ildə Daşkənd Universitetində fəlsəfə doktoru, 1994-cü ildə isə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda "Kütləvi xidmət nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda elmlər doktoru elmi dərəcəsi almaq üçün akademik A.V.Skoroxodun elmi məsləhətçiliyi ilə dissertasiya işini müdafiə edib, 1997-ci ildə professor elmi adı alıb.
Görkəmli alim 1958-1980-ci illərdə AMEA Kibernetika İnstitutunda laborant, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 1980-ci ildən Bakı Dövlət Universitetində dosent, 1995-ci ildən isə professor vəzifələrində işləyib. 1994-cü ildən Kibernetika İnstitutuna qayıdan alim böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışıb.

T.Nəsirova ehtimal nəzəriyyəsi sahəsində tanınmış alim kimi ilk dəfə Semi-markov prosesləri üçün erqodik teoremi isbat edib, semi-markov proseslərinin tədqiqindən prosesin və onun sərhəd funksionallarının paylanmasının tapılması üçün üsul işləyib, 3 müxtəlif tip semi-markov prosesləri arasında əlaqə yaradıb. Dünya şöhrətli alim Azərbaycanda özünün ehtimal nəzəriyyəsi məktəbini yaradıb və geniş elmi-tədqiqat işləri aparıb. Onun 100-dən çox elmi əsəri, o cümlədən 3 monoqrafiya, 2 kitab və 1 metodik vəsaiti nəşr olunub.

1964-cü ildən pedaqoji fəaliyyətlə məşğul olan alim 2007-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. T.Nəsirova, həmçinin 1996-2000-ci illərdə Türkiyənin "Karadeniz Teknik" Universitetində professor vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 10 fəlsəfə doktoru elmi dərəcəsi alınıb.
Azərbaycanda ilk riyaziyyatçı qadın elmlər doktoru vəfat edib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1530   Tarix: 12 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fərid Qayıbov: "Gənclərimiz beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir"

"Biz müxtəlif sahələrdə yeni qələbələrin şahidi oluruq. Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən gənclərimiz var". BİG.AZ xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransda çıxışı zaman

9 oktyabr
.

Bakıda məşhur şadlıq sarayına cərimə də təsir etmədi (VİDEO)

Xətai rayonunda yerləşən şadlıq sarayından ətrafa yayılan qatı tüstü ətrafdakı binaların sakinlərinin narazılığına səbəb olub. -ın -a istinadən məlumatına görə, General Əliağa Şıxlinski küçəsi, 42 ünvanında yerləşən "Afrodita Palace" şadlıq sarayında hər dəfə toy olanda ətrafdakı binaları

9 oktyabr
.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

10 oktyabr
.

Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video

Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B

10 oktyabr
.

Bakıda it sahibi tərəfindən döyüldü - Video

Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:

10 oktyabr
.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

9 oktyabr
.

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran

9 oktyabr
.

Son istifadə tarixinə 2-3 ay qalan məhsulları almaq olarmı? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Supermarketlərdə alıcıların diqqətini cəlb edən endirimlər arasında son istifadə tarixinə iki-üç ay qalmış ərzaq məhsulları da var. Qiymətlərin aşağı salınması istehlakçılara daha sərfəli alış-veriş imkanı yaratsa da, belə məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar ortaya çıxır. Xüsusil

9 oktyabr
.

630 minlik Lamborghini ilə bulvarda təhlükəli şou: "Hacı Həsənli" drift etdi - qaydalar yenə kənarda qaldı!

Bakının Səbail rayonunda, Dənizkənarı Bulvar ərazisində "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər etdiyi bildirilən sürücü Hacı Həsənli Ramiz oğlu barəsində başlanmış inzibati işə xitam verilib. xəbər verir ki, bu barədə -ın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Hadis

9 oktyabr