"LANDAU School"da NARAZILIQ: illik qiymətləri artırdı - 13 min AZN
Bakıda "LANDAU School"da təhsil haqqının 2023-2024-ci təhsil ili üçün artırılması ciddi narazılığa səbəb olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, valideynlər bu qərarla razılaşmayıb və məktəb rəhbərliyinə narazılıqlarını bildiriblər. Onlar qiymətlər endirilməyəcəyi halda övladlarını başqa məktəblərə aparacaqlarını deyiblər.
"LANDAU School"un İdarə Heyəti valideynlərin narazılığını başqa bir yolla həll etməyə çalışsa da, bu da onları qane etməyib. İdarə Heyəti tərəfindən qərar verilib ki, əvvəllər hər sinifdə 18 şagird təhsil alırdısa, onların sayı 20-21 nəfərə yüksəldilsin. Rəhbərlik şagird sayını artırmaqla təhsil haqqını müəyyən qədər aşağı salmağı planlaşdırır.
Bundan başqa qərar verilib ki, 2024-2025-ci tədris ili üçün təhsil haqqı artımı olarsa, hazırkı şagirdlər üçün maksimum 500 AZN-ə qədər olacaq. Bu bənd müqavilənin əlavəsində də qeyd ediləcək.
Hazırkı təhsil ilində təhsil haqqları 1-4 siniflər üçün 7300 (hissəli ödəniş 7600 manat), 5-11 siniflər üçün 8800 (hissəli ödəniş 9200 manat) olub.
Dəyişikliklərdən sonra 2023-2024-cü tədris ili üçün birdəfəlik təhsil haqqı ödənişi aşağıdakı kimi təyin edilib:
1-4-cü siniflər 8,000 AZN (hissəli ödəniş olduqda 8,400 AZN)
5-7 siniflər 9,300 AZN (hissəli ödəniş olduqda 9,700 AZN)
8-9 siniflər 9,900 AZN (hissəli ödəniş olduqda 10,400 AZN)
10-11 siniflər 10,000 AZN (hissəli ödəniş olduqda 10,500 AZN)
10-11 siniflər xüsusi ixtisaslar üzrə 12,500 AZN (hissəli ödəniş olduqda 13,000 AZN)
Valideynlər ən çox hissəli ödənişlərə üstünlük verdiyindən 1-4 siniflər üçün 1100 manat, 5-7-ci siniflər üçün 900 manat, 8-9 siniflər üçün 1100 manat, 10-11 siniflər üçün 1700-3100 manat arası qiymət artımı qeydə alınıb.
"LANDAU School" İdarə Heyəti təhsil haqqlarının artırılmasına səbəb kimi ölkədə baş verən qiymət artımını əsas gətirib.
Məsələ ilə bağlı "LANDAU School"un da mövqeyini dərc etməyə hazırıq.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3891 Tarix: 12 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda məşhur şadlıq sarayına cərimə də təsir etmədi (VİDEO)
Xətai rayonunda yerləşən şadlıq sarayından ətrafa yayılan qatı tüstü ətrafdakı binaların sakinlərinin narazılığına səbəb olub. -ın -a istinadən məlumatına görə, General Əliağa Şıxlinski küçəsi, 42 ünvanında yerləşən "Afrodita Palace" şadlıq sarayında hər dəfə toy olanda ətrafdakı binaları
9 oktyabrPensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə
10 oktyabrSami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video
Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B
10 oktyabrBakıda it sahibi tərəfindən döyüldü - Video
Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:
10 oktyabrHadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
9 oktyabrBakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur
Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran
9 oktyabr