Vasif Talıbovun şirkəti ölkədən valyuta çıxardıb?
"Badamlı Mineral Sular" MMC barəsində inzibati protokol tərtib edilib.
Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 48-cü maddəsi (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamas) ilə ittiham edilir.
Bu maddədə qeyd edilir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə tətbiq edilir.
"Az miqdarda" dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
Şirkətlə bağlı protokol baxılması üçün Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz Rayon Məhkəməsinə göndərilib. İş hakim Daşqın Səfərovun icraatındadır.
Aprelin 25-də iş üzrə məhkəmə baxış iclası keçiriləcək.
"Badamlı Mineral Sular" MMC 24 noyabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN-dir. Şirkətin qanuni təmsilçisi Axundov Simral Fərəc oğludur.
"Badamlı Mineral Sular" MMC Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun şirkəti kimi tanınıb. Vasif Talıbov vəzifəsindən istefa verdikdən və hakimiyyət komandasında arzuolunmaz fiqura çevrildikdən sonra Elşad Məmmədov adlı sahibkar əslində "Badamlı"nın ona məxsus olduğunu deyib. İş adamının iddiasına görə, Talıbovlar zorla müəssisəni onun əlindən alıblar.
Bəzi iddialara görə, "Badamlı" hələ də Talıbovların nəzarətindədir. Hər halda şirkətin Vasif Talıbovun əlindən alnmasına dair heç bir məlumata rast gəlinmir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1854 Tarix: 12 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda məşhur şadlıq sarayına cərimə də təsir etmədi (VİDEO)
Xətai rayonunda yerləşən şadlıq sarayından ətrafa yayılan qatı tüstü ətrafdakı binaların sakinlərinin narazılığına səbəb olub. -ın -a istinadən məlumatına görə, General Əliağa Şıxlinski küçəsi, 42 ünvanında yerləşən "Afrodita Palace" şadlıq sarayında hər dəfə toy olanda ətrafdakı binaları
9 oktyabrPensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə
10 oktyabrSami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video
Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B
10 oktyabrBakıda it sahibi tərəfindən döyüldü - Video
Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:
10 oktyabrHadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
9 oktyabrBakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur
Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran
9 oktyabr