3 saylı uşaq evində daha bir qalmaqal: Videoları çəkən qadın işdən çıxarıldı

3 saylı uşaq evində daha bir qalmaqal: Videoları çəkən qadın işdən çıxarıldıXətai rayonunda yerləşən 3 saylı uşaq evi haqqında qalmaqal səngimək bilmir.

AZXEBER.COM xəbər verir ki, uşaq evində tərbiyəçi köməkçisi çalışan və uşaq evindən videolar paylaşan, oradakı şəraitə etiraz edən Gülcan Nağıyeva işdən azad olunub.
3 saylı uşaq evində daha bir qalmaqal: Videoları çəkən qadın işdən çıxarıldıBu haqda AZXEBER.COM-a onun özü məlumat verib.

Gülcan Nağıyeva dünən işdən çıxarıldığını bildirib:

"Mən 3 saylı uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışırdım. Uşaqların haqqını tələb etdiyim üçün işdən azad etdilər. Mən özüm də uşaq evində böyümüşəm, ona görə də daim uşaqların haqqını tələb etmişəm. İndi mən 3 uşaq anası və ən əsası əsgər anası olaraq işsiz qalmışam".

O işdən azad olmağıma səbəb kimi oradan yaydığı videoları göstərib:

"Tam əminliklə deyə bilərəm ki, işdən azad olunmağıma səbəb uşaq evindən çəkib paylaşdığım videolardır. Həmin videolarda uşaqlara olan qulluq, onların necə qidalandığı haqda məlumat vermişəm. Mən özüm də uşaq evində böyümüşəm. Hazırda orada olan uşaqların haqqını tələb etdiyim üçün işdən azad olunmuşam".

Dünən Uşaq Evinin direktoru 73 yaşlı Məhbubə xanım məni çağırıb əmək kitabçamı təqdim etdi. Əmək Müqaviləsinin 70 Ç yarımbəndinə əsaslanaraq işimə xitam verildi. Dünən əmək kitabçam mənə verilərkən irəli sürülən ittihamların sübut olunmasını istədim. Uşaq evinin hər tərəfi kamera olduğu üçün etdiyim "yalnışlığın" sübut olunması çox asan idi. Ancaq mənə heç bir şey deyilmədi, sadəcə belə qərara gəlindiyi bildirildi. Bu çox ədalətsizlikdir. Necə olur 73 yaşlı qadın bu gün işləyir, ancaq uşaqların hüququnu tələb edən 41 yaşlı tərbiyəçı haqqı tələb etdiyi üçün işdən azad olunur. Mən ölənə qədər uşaqların haqqının tapdalanmasna razı olmayacağam.

Gülcan xanım bundan öncə də işdən azad olunduğunu bildirib: "Məhbubə xanım bundan öncə də uşaqlara şiddət tətbiq etdiyimi bildirərək məni işdən azad etmişdi. Ancaq şikayətimdən 6 ay sonra yenidən işimə bərpa olunmuşdum. İndi də sonuna qədər haqqımı tələb edəcəm".
3 saylı uşaq evində daha bir qalmaqal: Videoları çəkən qadın işdən çıxarıldı3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova AZXEBER.COM-a açıqlamasında Gülcan Nağıyevanın işdən azad olunmasında onun çəkdiyi videolarla heç bir əlaqənin olmadığını bildirib:

"Kollektiv ondan narazı idi. Uşaq evinə Ombudsman aparatından yoxlama gəlib. Bütün tərbiyəçiləri tək-tək yoxlayıblar. Uşaqlarla aparılan söhbətlərdə uşaqlar ondan şikayət edib, döydüyünü bildiriblər. Onun çəkdiyi videolar boş şeydi. Biz onu saya da almırıq. İndi bütün dünya o işlə məşğuldur".

Məhbubə xanım Gülcan Nağıyevaya başqa iş də təklif etdiyini bildirib:

"Mən Gülcanı çağırıb onu başqa işlə təmin etməyi təklif etdim. Mühasiblik kursunu bitirib işə başlamağını təklif etdim. Ancaq o, əvvəlcə fikirləşəcəyini desə də, sonradan razılaşmadı.

Gülcan xanımın yenidən uşaq evinə qayıda bilməyəcəyini deyən Məhbubə xanım bu qərarın yekun olduğunu bildirib:

"O yenidən uşaq evindəki işinə qayıda bilməz. Həmkarlar İttifaqı tərəfindən çağırılan iclasda o, tutduğu vəzifədən azad olunub. Gülcan Nağıyeva işdən Həmkarlar ittifaqının yekun qərarına və 45 nəfərin rəyinə əsasən işdən azad olunub".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1800   Tarix: 12 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Fərid Qayıbov: "Gənclərimiz beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir"

"Biz müxtəlif sahələrdə yeni qələbələrin şahidi oluruq. Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən gənclərimiz var". BİG.AZ xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransda çıxışı zaman

9 oktyabr
.

Bakıda məşhur şadlıq sarayına cərimə də təsir etmədi (VİDEO)

Xətai rayonunda yerləşən şadlıq sarayından ətrafa yayılan qatı tüstü ətrafdakı binaların sakinlərinin narazılığına səbəb olub. -ın -a istinadən məlumatına görə, General Əliağa Şıxlinski küçəsi, 42 ünvanında yerləşən "Afrodita Palace" şadlıq sarayında hər dəfə toy olanda ətrafdakı binaları

9 oktyabr
.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

10 oktyabr
.

Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video

Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B

10 oktyabr
.

Bakıda it sahibi tərəfindən döyüldü - Video

Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:

10 oktyabr
.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

9 oktyabr
.

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran

9 oktyabr
.

Son istifadə tarixinə 2-3 ay qalan məhsulları almaq olarmı? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Supermarketlərdə alıcıların diqqətini cəlb edən endirimlər arasında son istifadə tarixinə iki-üç ay qalmış ərzaq məhsulları da var. Qiymətlərin aşağı salınması istehlakçılara daha sərfəli alış-veriş imkanı yaratsa da, belə məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar ortaya çıxır. Xüsusil

9 oktyabr
.

630 minlik Lamborghini ilə bulvarda təhlükəli şou: "Hacı Həsənli" drift etdi - qaydalar yenə kənarda qaldı!

Bakının Səbail rayonunda, Dənizkənarı Bulvar ərazisində "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər etdiyi bildirilən sürücü Hacı Həsənli Ramiz oğlu barəsində başlanmış inzibati işə xitam verilib. xəbər verir ki, bu barədə -ın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Hadis

9 oktyabr