İranda məktəblərdə baş verən kütləvi zəhərlənmə ilə bağlı bəzi şəxslər saxlanılıb
İranda daha çox qız məktəblərində baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə hadisələri ilə bağlı bəzi şəxslərin saxlanılıb.
Sonxeber.az xəbər verir ki, məktəblərdə baş verən kütləvi zəhərlənmə hadisələri ilə əlaqəli olduğu təsbit edilən şəxslərin tutulduğu bildirilib.
"Bu çərçivədə məktəbləri bağlayan, təhlükəsizliyi və şagirdlərin asayişini pozan şəxslər aşkar edilərək saxlanılıb",- deyə bəyanatda bildirilib.
Bəyanatda neçə nəfərin saxlandığı dəqiqləşdirilməsə də, kütləvi zəhərlənmə hallarının səbəbkarlarının ciddi şəkildə cəzalandırılacağı qeyd edilib.
2022-ci il noyabrın 30-dan İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə vaxtaşırı kütləvi zəhərlənmə halları baş verir.
Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunur. Ölkədə indiyədək yüzlərlə məktəbdə minlərlə şagird zəhərlənib.
İran Daxili İşlər Nazirliyi martın 11-də verdiyi yazılı açıqlamada Tehran, Qum, Zəncan, Xuzistan, Həmədan, Fars, Gilan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan məktəblərində 100-dən çox insanın kütləvi zəhərlənmə hadisələrində şübhəli bilindiyini açıqlayıb.
Təxminən bir aya yaxındır yaşanmayan kütləvi zəhərlənmə halları son günlər yenidən müşahidə olunmağa başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək
Makron istefa verdi
Məktəbdə nizam-intizam niyə vacibdir? - Qaydalar olmadan keyfiyyətli təhsil mümkündürmü?
The Guardian: "Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum etdiklərini iddia edirlər"