Bakıda qisas məqsədilə iki nəfər yandırılaraq öldürülüb - RƏSMİ
Binədə iki nəfərin öldüyü yanğın qəsdən törədilib.
Sonxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.
Qeyd olunub ki, aprelin 10-u paytaxtın Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində yerləşən məişət əşyalarının istehsalı və təmiri sexlərindən birində baş verən yanğın nəticəsində rəngsaz işləyən 1981-ci il təvəllüdlü İftixar Əkbərov və tanışı 1991-ci il təvəllüdlü Valeh Bəylərovun yanıq xəsarətləri alaraq ölmələri faktı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Ramin Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəyə görə qisas almaq üçün sexi qəsdən yandırmaqla orada yatmış İftixar Əkbərov və Valeh Bəylərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ramin Quliyev Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Prokurorluq orqanlarına göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Makron istefa verdi
Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
The Guardian: "Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum etdiklərini iddia edirlər"