Azərbaycanın bu rayonunda leysan və dolu fəsadlara səbəb olub
Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti bəzi problemlərə səbəb olub.
Sonxeber.az apa-ya istinadən xəbər verir ki, bu gün saat 11-dən 13-dək Balakən və Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb.
İki saat güclü küləklə müşahidə edilən leysan yağıb, bəzi ərazilərə qısamüddətli dolu düşüb. Leysan daha çox Zaqatala rayonunda müşahidə edilib. Rayon mərkəzinin bəzi ərazilərinə, Yuxarı Tala, Aşağı Tala kəndlərinə və Əliabad qəsəbəsinə dolu düşüb. Dolu meyvə ağaclarına ziyan vurub.
Qeyri-sabit hava şəraiti ilə bağı rayon ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Yağıntı kəsdikdən sonra saat 13:30-da rayon mərkəzinə elektrik enerjisinin verilməsi bərpa edilib. Rayonun digər ərazilərinə elektrik enerjisinin verilməsi istiqamətində işlər aparılır.
Hava şəraitinin kəskin dəyişməsi nəticəsində yüksək dağlıq ərazilərə qar yağıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1915 Tarix: 13 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib. xəbər verir ki, bu barədə qərar "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın iclasında qəbul edilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatlar
10 oktyabrMəktəbdə nizam-intizam niyə vacibdir? - Təhsil yalnız dərs keçməklə bitmir
Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil. Şagirdlərin məsuliyyət, qarşılıqlı hörmət, qaydalara əməl etmək və cəmiyyət içində düzgün davranmaq vərdişləri də məhz burada formalaşır. Buna görə məktəbdə nizam-intizamın qorunması tədrisin keyfiyyəti və sağlam təhsil mühitinin yaradılması baxımında
9 oktyabrMəleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təyin etdi
Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri dəyişib. -a istinadən xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb. Belə ki, Süraya Cəfərova Magistratura
9 oktyabrMəktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər
"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai
9 oktyabr