"Bacımı elə döymüşdü ki, qulağından qan gəlirdi" - Öldürülən qadının qardaşı DANIŞDI - VİDEO
Ağstafada 35 yaşlı Günel Məmmədovanın döyülərək öldürülməsi ilə bağlı xəbər vermişdik.
Hadisə ilə əlaqədar bir sıra faktlar ortaya çıxıb.
Sonxeber.az xəbər verir ki, hadisə ilə bağlı lent.az-a danışan mərhumun qardaşı Ramin Həsənov bildirib ki, bacısını əri və qayınanası döyüb:
"Bacımın uşağı xəstəlikdən əziyyət çəkir. Ona görə də, dövlət onun aylıq dərmanlarının alınması üçün 300 manat müavinət təyin edib. Ailə də hər ay həmin kartdan 260 manatı çıxarıb kreditə verirdi.
Aprelin 8-də bacım Günel əri Məmmədov Ayaz Kərəm oğluna dedi ki, kartdan pul çıxarmağa gedirsən onsuz, elə uşağa dərman da al. Əri də deyib ki, dərman 20 manatdı. Bahadı necə alım? Həmin məsələyə görə, Ayaz anası ilə birgə Güneli döyüblər. Təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbə endiriblər. Bacımın ağzından və qulağından qan gəlirdi".
Ramin Həsənovun sözlərinə görə, Günel Məmmədova aprelin 8-dən xəstəxanada yatıb:
"Dünən axşam artıq can verirdi. Ağsaqqallar məsləhət etdi ki, evə gətirək. Bu gün səhər Dağ Kəsəmən kəndində, mənim evimdə vəfat etdi".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1676 Tarix: 13 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib. xəbər verir ki, bu barədə qərar "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın iclasında qəbul edilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatlar
10 oktyabrMəktəbdə nizam-intizam niyə vacibdir? - Təhsil yalnız dərs keçməklə bitmir
Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil. Şagirdlərin məsuliyyət, qarşılıqlı hörmət, qaydalara əməl etmək və cəmiyyət içində düzgün davranmaq vərdişləri də məhz burada formalaşır. Buna görə məktəbdə nizam-intizamın qorunması tədrisin keyfiyyəti və sağlam təhsil mühitinin yaradılması baxımında
9 oktyabrMəleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təyin etdi
Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri dəyişib. -a istinadən xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb. Belə ki, Süraya Cəfərova Magistratura
9 oktyabrMəktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər
"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai
9 oktyabr