Dövlət Komitəsi Azərbaycan bayrağının İrəvanda yandırılmasını pisləyib

Dövlət Komitəsi Azərbaycan bayrağının İrəvanda yandırılmasını pisləyibAzərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın Dövlət Bayrağının yandırılması ilə bağlı bəyanat yayıb.

Sonxeber.az xəbər verir ki, bəyanatda deyilir:

"Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına hər vəchlə maneə törədən Ermənistanda son günlər azərbaycanafobiyanın daha da şiddətlənməsini, bütün dünyada sülhpərvər tədbir kimi qəbul edilən idman yarışlarından birinin – ağır atletika üzrə növbəti Avropa çempionatının İrəvanda keçirilən açılış mərasiminin canlı yayımında, beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycanın bayrağının erməni tamaşaçılardan biri tərəfindən nümayişkaranə şəkildə yandırılmasını Ermənistanın deportasiya və işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didərgin düşmüş bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlər adından kəskin şəkildə qınayırıq.

Ermənistanın 30 illik işğalına öz gücü ilə son qoyduqdan sonra Azərbaycan bölgədə sülh quruculuğunun təşəbbüsçüsü kimi ikitərəfli əlaqələrin normallaşdırılması üçün siyasi iradə və qətiyyət göstərməkdədir. Lakin Ermənistan hökuməti nəinki bu prosesi müxtəlif bəhanələrlə ləngitməyə çalışır, üstəlik, cəmiyyətdə ölkəmizə və xalqımıza qarşı nifrət hissini daha da artırılmasına istiqamətlənmiş hərəkətlərə ideoloji dəstək verir, belə hərəkətlərin qarşısını almaq istəmir.

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, bu ərazilərin əzəli sakinlərinin geri dönüşü, Qarabağın erməni icmasının reinteqrasiyası üçün Azərbaycan hökumətinin zəruri tədbirlər gördüyü bir vaxtda Ermənistanda etnik nifrət və ayrı-seçkilik siyasətinin davam etdirilməsi bölgədə beynəlxalq ictimaiyyətin də böyük maraqla gözlədiyi sülh quruculuğu prosesini şübhə altına alır.

Azərbaycanlılarla ermənilərin birgəyaşayışının mümkünlüyü barədə Azərbaycan hökumətinin və ictimaiyyətinin xoş niyyət nümayiş etdirməsinə baxmayaraq, Ermənistandakı revaşinst qüvvələrin təxribatlardan və düşmənçilikdən əl çəkməməsi bu niyyətin gerçəkləşməsinə, nəyin bahasına olursa-olsun, onların imkan vermək istəmədiyini göstərir.
Ermənistanın terroru və terrorçuları dəstəklədiyi tarixi həqiqətdir, onun öz ərazisində hər hansı beynəlxalq səviyyədə tədbiri, o cümlədən idman yarışlarını təhlükəsiz təşkil edə biləcəyi şübhə doğurur. Azərbaycan bayrağının yandırılması və həmin mənfur hərəkətin onu törədən şəxsin qəhrəmanlığı kimi alqışlanması da bunu aydın şəkildə göstərir.

Azərbaycanlı qaçqınlar və məcburi köçkünlər beynəlxalq ictimaiyyəti Ermənistanda millətlərarası nifrət və ayrı-seçkilik doğuran əməllərə son qoyulmasını, Azərbaycan bayrağını yandıran şəxsin mövcud hüquq normaları əsasında cəzalandırılmasını tələb etməyə çağırır.

Bununla yanaşı, beynəlxalq idman təşkilatları Ermənistanda hər hansı mötəbər yarışın təşkilindən imtina etməli, həmçinin İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatı dayandırmalı və onun nəticələri ləğv olunmalıdır.

Şərqi Zəngəzurda və Qarabağda işğaldan azad edilmiş ərazilərə - doğma yurd yerlərinə qayıtmağa hazırlaşan azərbaycanlılar bölgədə sülhün və təhlükəsizliyin tam təmin ediləcəyinə, Ermənistanın bu prosesi pozmaq cəhdlərinin qarşısının beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə alınacağına ümidvardırlar".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 965   Tarix: 16 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021